Araşdırmaların nəticəsində məlum olub ki, körpələr digərlərinin fikirlərini empatiya vasitəsilə oxuya bilir.Araşdırmalara görə: “18 aylıq uşaqlar digər insanların fikirlərini anlaya bilir”.
Damian Gayle qeyd edir ki, əvvəllər empatiya bacarığının (özünü digər insanla eyniləşdirmə) 4-7 ay arası uşaqlarda olduğu və müxtəlif ölkələrdən olan uşaqlarda bunun müxtəlif yaşlarda yarana bilməsi hesab olunurdu.
Kaliforniya Universitetinin tədqiqat qrupu bunu öz təcrübələrində test üsulu ilə sübut etməyə çalışıblar. Testin klassik formasında insan otağa daxil olur, müəyyən əşyanı, məsələn qayçını, gizli yerə qoyur və otaqdan çıxır. Sonra ikinci tədqiqatçı otağa daxil olaraq qayçını cibində gizlədir. Sonradan birinci şəxs geri qayıdır və tədqiqatçılar uşaqdan birinci şəxsin qayçını harada axtaracağını soruşurlar.
Təcrübənin məqsədi uşağın digər şəxsin – qayçını itirən şəxsin — nəzər nöqtəsini nə dərəcədə anlamasını müəyyən etməkdir.Təcrübə nətcicəsində qərb ölkələrindən olan 4-8 yaşlı uşaqlar əsasən düzgün cavab verərək həmin insanın qayçını gizli yerdə axtaracağını deyib.
Yeni təcrübə üçün isə Çin, Fici və Ekvadordan 19 aydan 5 yaşa qədər olan 91 uşaq seçilib. Bu təcrübənin klassik təcrübədən fərqi ondadır ki, otağa daxil olan ikinci şəxs daxil olarkən bir qədər durur və “Hm, maraqlıdır, görəsən o qayçını harada axtaracaq?” sualını verir.
Alimlər uşaqların baxışlarını izləyərək, onların reaksiyalarını videoya çəkiblər. Hiss olunur ki, birinci şəxs otağa qayçını axtarmaq üçün daxil olanda, uşaqlar qayçının gizlədildiyi yerə baxaraq, həmin şəxsin qayçını onu qoyduğu yerdə axtaracağını gözləyirlər.
Deməli, uşaqların “fikirləri oxumaq” bacarığı əvvəl düşünüldüyündən daha tez yaşda yaranır və bütün mədəniyyətlərdə bu eyni zamanda baş verir. Keçmiş araşdırmalardakı mədəniyyətlərin inkişaf fərqi böyüklərin uşaqlara az sual verməsindən irəli gələ bilər.Tədqiqatçı Clark Barret bildirib ki, alimlərin uşaqlara verdiyi “Səncə birinci şəxs qayçını harda axtaracaq?” sualı uşaqları çaşdırıb və onlar səhv cavab veriblər.