Doktor Vatson həyatda kim idi?

Doktor Vatson həyatda kim idi?

Şotland tibb mütəxəssisləri iddia edirlər ki, Şerlok Holmsın ortağının prototipini tapıblar. Artur Konan Doylın məşhur əsərinin həkim qəhrəmanı doktor Vatsonun protitipi Danimarkadan olan osteopat həkim Uilyam Smitdir.

Şotland osteopatlar 1938-ci ildə nəşr olunmuş bir qəzetdən kəsilmiş hissəyə əsasən iddia edirlər ki, Vatsonun prototipi Smitdir. 1938-cil ildə çap edilmiş məqalə həkimin oğlu Katbert Smitə məxsusdur. Məqalədə həkimin oğlu atası və məlum personajla əlaqələri barədə yazır. Oğul Smit yazır ki, atası Konan Doylla birlikdə Edinburq universitetində oxuyublar. Müəllimləri isə Şerlok Holsmın prototipi hesab olunan Cozef Bell olub.

Smit, Bell və Konan Doyl universiteti bitirdikdən sonra da əlaqə saxlayırlarmış. Smit ABŞ-a getdikdən sonra da yazıçı ilə məktublaşırmış. Həkimin oğlu iddia edir ki, atası onu uşaq olandadostları ilə görüşə aparıb və o Konan Doylu və Belli görüb. Məqalədən belə məlum olur ki, onların dostluğu çox uzun müddət davam edib.

Katbert Smitin məqaləsini tapmış həkimlər Vatsonun prototipi ola biləcək adamın bioqrafiyası haqqında başqa məlumatları da bildiriblər. Belə ki, Smit Şotlandiyanın ilk osteopatlarından olub və 19-cu əsrin 80-ci illərində Danimarkada təcrübə keçib. Bundan sonra Amerikaya gedib və iş tapa bilmədiyinə görə səyyar şəkildə tibb inventarları satmağa məcbur olub. Bundan başqa o Amerikada osteopadiya məktəbində dərs demiş, 1910-cu ildə yenidən Danimarkaya qayıdaraq burada çalışmışdır. O, 1912-ci ildə sətəlcəmdən vəfat edib.

Uilyam Smit doktor Vatsonun prototipi hesab olunan ilk həkim deyil. Konan Doylu Vatson obrazını yaratmağa həvəsləndirən həkimlər arasında Mancuraiyada xidmət etmiş Con Vatson və hərbi cərrah Aleksandr Frensis-Preston da olub.

Ser Artur Konan Doyl 1859-cu ildə Şotlandiyada doğulub. Detektiv, fantastik əsərlər müəllifidir. Daha çox detektiv hekayələrində yaratdığı Şerlok Holms və Doktor Vatson obrazları ilə tanınır. 

Elnarə Ağaoğlu 

Top