Qəhvə yarpaqlarından hazırlanan nadir çay növü qəhvə qədər tünd olmasa da, xoş dada malikdir. Bu çayda şəkərli diabet və ürək xəstəlikləri riskini azaldan birləşmələrin sayı çoxdur.
Ənənəvi çaydan fərqli olaraq, bu çayın tərkibində kofein az, antioksidatlar isə çoxdur. Bundan başqa, o, soyuqdəyməyə qarşı xeyirlidir.
Londonun Kew adlı Kral nəbatat bağından və Fransanın Montpelier şəhərindən olan tədqiqatçılar düşünürlər ki, insanlar qəhvə dənələrinə üstünlük verdikləri üçün qəhvə yarpaqları istifadəsiz qalıb.
Əslində, qəhvə yarpaqları dənələrdən daha xeyirlidir və onların tərkibində üzvi birləşmələr daha