"Maşa və Ayı" filminin qəhrəmanı əsl həyatda kimin prototipidi?

"Maşa və Ayı" filminin qəhrəmanı əsl həyatda kimin prototipidi?

Ən uğurlu cizgi filmlərindən sayılan «Maşa və Ayı» əslində öz yaranışını bir qızcığaza borcludu.
Layihənin müəllifi rusiyalı Oleq Kuzovkov Krım çimərliyində dincələrkən bir qızcığaz diqqətini cəlb edir. Uşaq öz enerjisi ilə valideynlərini və digər istirahət edənləri bezdirmişdi. Rəssamı ən çox heyrətləndirən isə «kiçik nüvə reaktorunun» özündən qat-qat böyüklərə komandanlıq etməsi və onları təngə gətirməsi idi. Cəmi bir neçə gündən sonra hamı ondan yorulmuşdu, bəziləri isə qızı görəndə gizlənirdi (Yeri gəlmişkən, belə vəziyyət cizgi filmində tez-tez xatırlanır).
Kuzovkov bu vaxt düşünür ki, qızcığazı hansısa cizgi filmin qəhrəmanı etmək pis olmazdı. Lakin investor ancaq 10 ildən sonra Amerikadan tapılır.
Bir neçə ildə cizgi filmində çoxlu dəyişiklər olub: Maşa artıq danışır (ilk serialarda demək olar ki, dialoq yoxdu), serialarda yeni-yeni qəhrəmanlar iştirak edir. Bazarlarda isə cizgi filmini əks etdirən çoxsmaylı oyuncaqlar peyda olub.

 

 

Top