Qaşlarımız xarakterimizdən xəbər verir

Qaşlarımız xarakterimizdən xəbər verir

xarakterin xəbərcisi - qaşlar
Artıq bir neçə mövsümdür ki, qalın, enli və tünd rəngli qaşlar dəbdədir. 

Lakin hər qadın bu dəbə əməl etmir və bir çoxları qaşlarına özlərinə uyğun bir forma verməyi üstün tuturlar. Səndemə, qaşların forması ilə xanımların xasiyyəti arasında bir əlaqə mövcuddur. 

Amerikan vizajistləri qadının hansı qaş formasına üstünlük verməsi ilə onun xasiyyəti arasında bir qanunauyğunluq tapıblar. Sonra bunu psixoloqlar da təsdiqləyiblər. Məlum olub ki, sıx, düz və tünd rəngli qaşlara çox vaxt ciddi, azad və məqsədyönlü qadınlarda rast gəlmək olar. Digər tendensiyaya əsasən, sıx qaşlar qadının qanında kişi hormonu olan testosteronun artıq miqdarının əlamətidir və belə qəbul olunub ki, bu xanımlar cinslərin bərabərliyi tərəfdarı olurlar. 

Çox nazik qaşlara üstünlük verən qadınlar isə özlərini tənha hiss edənlərdir. Qadının qaşı nə qədər nazikdirsə, bir o qədər də özünü arzu olunmayan sayır.
Top