Aldadılmışıq...

Aldadılmışıq...

Onlar bizə bu nağılları belə danışmamışdılar. İllərlə böyüdüyümüz, uşaqlığımızı keçirdiyimiz qəhrəmanların əsl hekayələrini eşitsəydik onları yenə sevə bilərdik?
Bəziləri təcavüzə məruz qalıb, bəziləri faciəvi formada ölübmüş. Gəlin daha dəqiq birlikdə oxuyaq.

Qirmizipapaq
1. Qırmızı papaq
 Qırmızı papağın hamımız bildiyimiz versiyasında balaca qızcığaz meşə qoruyucuları tərəfindən xilas edilir və qurd öldürülür. Lakin Charles Perraultun yazdığı orijinal fransız dilində olan versiyasında bu qızcığaz əslində yetişkin bir qadındır. O, səhv edərək qurdun sözlərinə inanır, axırda qurd onu yeyir və hekayə burada bitir. Nağılın verməyə çalışdığı mesaj özgələrlə danışmağın pis olduğudur. 

 Balaca su perisi
2. Balaca supərisi
Nağılın ən çox tanınan 1989-cu il versiyası böyük bir yalandır. Disney versiyasında Ariel insana çevrilir və beləliklə Ericlə evlənə bilir. Lakin Hans Christian Andersenin ilk versiyasında supərisi şəhzadənin evləndiyini görür və onu bıçaqla öldürmək qərarına gəlir. Lakin o, qərarını dəyişir və özünü sulara qərq edərək ölür.

Agca qiz
3. Ağca qız və yeddi cırtdan
Məşhur versiyada kraliça ovçudan Ağca qızı öldürüb, onun ürəyini gətirməyini istəyir və ovçu bunu edə bilməyərək bir donuzun ürəyini kraliçaya gətirib göstərir. Amma əsas variantda kraliça Ağca qızın qaraciyərini və ağciyərini axşam yeməyində yemək üçün tələb edir. Həmçinin orijinalında Ağca qız şəhzadənin öpüşüylə ayılmır, o, təsadüfən oyanıb özünü şəhzadənin atının arxasında qaçırılarkən görür. Yəqin ki, şəhzadənin yatmış bir qızı nəyə görə qaçırdığı ilə bağlı ağlınızda şüphə yoxdur.

Sonda isə kraliça dəmirdən qaynar qırmızı ayaqqabılarla rəqs etməyə məcbur edilir.

 Yatmis gozel
4. Yatmış gözəl
Nağılın Disney variantında gözəl şəhzadənin əlinə lənətli iynə batır və o, yüzillik yuxuya gedir. Daha sonra o, yaraşıqlı şəhzadənin öpüşüylə ayılır. Orijinalda isə hekayə əməlli başlı bir qızın faciəsindən bəhs edir. Cadulanaraq yatmış gözəlçəni yaraşıqlı şəhzadə tək öpməklə kifayətlənmir, hətta ona təcavüz edir. Doqquz aydan sonra gözəlçə dünyaya elə yuxuda olarkən iki övlad gətirir və övladlarından biri qızın cadulanmış barmağını sovuraraq cadunu qırır. Beləliklə gözəl şəhzadə iki uşaq anası, təcavüzə məruz qalmış bir xanım kimi oyanır.

 Sindirella- Goycek Fatma
5. Sindrella- Göyçək Fatma
Müasir Sindrellada ayaqqabısını yerə salan qız sonradan dünyanın ən yaraşıqlı şəhzadəsiylə evlənir. Eradan əvvəl 1-ci əsrdə yazılmış orijinalında isə qızın adı Sindrella yox, Rodopis olur. Orijinalda ögey bacıları özlərini şəhzadəyə sırımaq üçün öz ayaqlarını kəsərək ayaqqabıya salırlar. Bu yalanı iki göyərçin şəhzadəyə xəbər verərək açırlar. Həmin göyərçinlər daha sonra bacıların gözlərini çıxararaq kor dilənçilərə çevirirlər. Sindrella, daha doğrusu Rodopis isə lüks içində şəhzadənin sarayında yaşamağa davam edir.

Top