Qiymətli daşlar haqqında

Qiymətli daşlar haqqında

Ametist (kvarsın emal olunmuş forması) - Ametist daşı bənövşəyi rəngdədir. Evdəki neqativ enerjini təmizləyir. Canlandırıcı təsirə malikdir. Stressdən qaynaqlanan zehni yorğunluqları aradan qaldırır. Əgər çox işləməkdən yaranmış yorğunluğunuz, baş ağrınız, narahatçılığınız varsa, bu daşı otağınıza yerləşdirə bilərsiniz. Bu daşı televizor və kompüterin yanına yerləşdirməkə gözlərinizi də qoruya bilərsiniz. İnanclara görə, bu daş qərar verməni sürətləndirir və sakitləşdirir.

Mərcan
- bu daş eşqin simvoludur. Antidepresant xüsusiyyətə sahibdir. Evdə olan mərcan pozitiv düşüncələr yaradır, diqqəti cəmləməyə kömək edir. Bundan əlavə, bu daş gözdəymədə faydalıdır. Tunc (sədəf) xəstəliyi başda olmaqla bir çox dermotoloji problemlərin həllində kömək edir.

Əqiq - evə enerji verir. insanı Mənfi düşüncələrdən azad edir. Uğurun simvoludur və cəsarəti artırır. İş masasına yerləşdirə bilərsiniz. Bu daş fiziki fəallığı artıraraq, tənbəlliyi azaldır. Uşaqları pis nəzərdən qoruyur. Bu xüsusiyyətindən istifadə edərək onu uşaq otaqlarına yerləşdirmək olar.

Aquamarin
- şans və cəsarət daşıdır. İnsanlar arasında əlaqəni gücləndirmək qabiliyyətinə malikdir. Bu özəlliyindən istifadə edərək onu evin qonaq otağına və ya konfrans salonlarına yerləşdirmək olar. Əsəblərin sakitləşdirilməsində və yaradıcılığın ortaya çıxarılmasında böyük rol oynayır.

Nefrit - bərəkət və uğur daşıdır. Ağlın simvoludur. Qədim Çində bu daşın cəsarət və ədalət gətirməsinə inanıblar. Daş müvazinət, eşq, sədaqət, cəsarət və sülh gətirmə özəlliyinə sahibdir. Evdə istifadəsi sinir sistemi, ürək, böyrək və immuniteti möhkəmləndirməyə kömək edir.

Kəhrəba
- çox yumşaq və yüngüldür. Soyuqdəymə, boğaz və badamcıq xəstəliklərinin müalicəsində faydalıdır.

Almaz
- qədim dövrlərdən bu qiymətli daşın sevgi hisslərini qüvvətləndirdiyinə inanılır. Məhz bunun üçün də nişan üzükləri adətən bu daşla bəzədilir. Saflıq, sevgi və sevinc bəxş etdiyinə inanılır. Cəsarət və sevginin simvoludur.

Yaqut - inanclara görə, yaqut dava, düşmən, hücum, vaxtsız ölümlər və ruhi xəstəliklərdən qoruyur. Yaqut Hindistanda daşların şahıdır. İsti enerji verir.

Zümrüd - rəngi ilə bağlı olaraq bərəkət, yağış və artımın simvolu hesab edilir. Xəyal gücünü artırır, yaddaşı qüvvətləndirir. Göz ağrılarını, iltihabı aradan qaldırır.

Mənbə: http://www.anspress.com

Top