Zirəddin

Zirəddin

Zirəddin Rzayev kimdir, nəçidir, nə işlərlə məşğul olur? Bu suallara aşağıda ətraflı cavab verməyə çalışacam. Deyilənə görə o, həm həkim, həm də gələcəkdən xəbər verəndir (əstafürillah). O asanlıqla pul qazanmağın yolunu tapan və ən əsası ona inanan (bəzən onu müqəddəs kimi qəbul edən) çoxlu kəmsavad, ağılsız, düşük ordusuna malikdir. Sözsüz ki, bu postda da yazılan şərhlərdə belə faktlar bir daha sübut olunacaq. Zirəddin möcüzə göstərməklə də adamları bihuş edə bilir. Belə ki, o, səs də çıxarır. Bu məsələ cəmiyyət arasında ən müzakirəli məsələlərdəndir, bəziləri bu səsin onun barmağından çıxdığını iddia edir və inanırlar ki, bu, o dünyadan gələn səsdir (dəhşətə bax e). Zirəddin marketinq elmini dərindən bilir və reklamın bu sahədə ən optimal variant olduğunu anlayır. Elə buna görə də, onun zaur bəxşəliyev, dilarə bajı ... və s. kimi öz verilişinin baxılma sayına görə lider olan aparıcıyabənzər dostları var. Yağ kimi verilişində dəfələrlə iştirak edir, və onun bahalı üzükləri müzakirə olunur.


Zirəddin RzayevZirəddin bir bəyanatı ilə böyük bir kütləni ayağa qaldırmağa və ya depressiyaya qapatmağa malik olan birisidir. Onun bəyanatları adətən ikibaşlı olur, “tutar tutar, tutmaz tutmaz” cümləsini özünə şüar edib. O adətən canlı efirdə proqnoz vermir. Dünyaya müsəlman gəldiyini iddia edir(çoxları buna inanır, amma bilmirəm necə? Yəqin əyani şəkildə tanış olublar, başqa versiyalar da ola bilər(yuxuda görmək, hiss etmək, və s.)). Falçı olmadığını deyir, exstrasens olduğunu qeyd edir, idealı Nostradamus və Vanqadır. Efirdə onun dediyi, amma yalan çıxan katrenlərini göstərmirlər (məsələn: “donuz qripi Azərbaycana gəlməyəcək”), evrovision haqqında dedikləri yarışma bitəndən sonra azarkeş ordusuna nümayiş etdirilir, sadəlöhvlər də deyir “allah amandır, möcüzəyə bax e”, təbii ki, yarışma bitəndən sonra. Zirəddin latın və kiril əlifbalarına alternativ əlifba da kəşf edib, o dünyadan gələnlərin bu əlifbanı ona öyrətdiklərini qeyd edir, əlifbanın gələcəyinə inanır. Əlifba kəşf etmək çətin məsələ deyil, müxtəlif formalara müxtəlif səsləri verməklə bunu istənilən Zirəddin edə bilər.


Bunlar öz yerində, amma mən bu xülyalara inanıb burdan Moskvaya Zirəddinə pul verməyə gedən sadəlöhvləri başa düşə bilmirəm. Zirəddin Rusiyaya xeyir verən bir şəxs kimi artıq orda da məşhurdur, ora kütləvi valyuta axınına səbəb olur. Hindistana getmək onun arzusudur, ordan inək buynuzu, paslı açarlar və s. kimi kimdəsə müqəddəslik hissi yaradacaq əşyalar gətirəcək. Burda onun son dərəcə güclü rəqibləri də var, onları vurmaq üçün tez-tez paytaxta gəlir və danışıqlar aparır. Buralarda Zirəddinlə fəxr edib, qürur duyanlar bəs qədərdir, Zirəddin öz bölgəsinin ən sevimlisidir. Onu da qeyd edim ki, Zirəddinə inananlar keçmişdə Şeyx Nəsrullahlara qızlarını ərə verirlərmiş və ümid edirlərmiş ki, ölmüş yaxınları diriləcək(bu dəhşətə film də çəkilib). Zirəddinin Botsvana, Zimbabve, Ruanda, Uqanda, Mozambik ... fenomenlərindən bəzi fərqləri də var, o, bir qədər müasirdir, Afrikadakılar sifətlərinə kömür, boya vurur, ruhlarla əlaqəyə girirlər. Zirəddinsə bir qədər müasirdir, bahalı üzükləri, boyunbağısı var, üstünü başını təmiz saxlayır. Afrikada hər qəbilənin öz fenomeni olur, Zirəddin belə şeyləri sevmir və dominant fenomen olmağı sevir.

Top