Ayovadan (ABŞ) olan Çarlz Osborn 69 il ərzində hər bir saniyə yarımda bir dəfə fasiləsiz olaraq hıçqırmışdır. Hıçqırıq başlandığı kimi də gözlənilmədən dayanmışdır.
Nyu-Yorkdan olan Valter Hadson bir oturumda 12 ponçik, 10 paket qızardılmış kartof və yarım tort yeyir.
İngiltərəli Piter Dovsdell 3 xörəkdən ibarət naharı 45 saniyə ərzində yemişdir. Nahara öküz qüyruğundan ibarət sup, kartof püresi, souslu paxla və qara gavalı daxil olmuşdur.
Dünyada ən böyük tarakan fışıldayan Madaqaskar tarakanıdır. Onun uzunluğu 9 sm-ə çatır.
Avstraliyanın şimal sahilləri yaxınlığında yaşayan qara başlı dəniz ilanı özünün ən təhlükəli quru ilan növündən100 dəfə çox zərərlidir.
Leonardo Andrea başı ilə yaxşı işləyir - 2005-ci ildə o, bir dəqiqə ərzində 32 qarpız sındırmışdır.
Fransadan olan Mark Kvinkandon 11 dəqiqə müddətində 144 ilbiz yemişdir. Nə üçünsə bir neçə aydan sonra o ölmüşdür.
Ən böyük böcək - böcək qoliaf adlanır. Bu əcaib varlığın ölçüçü dağsiçanı boydadır.
Donald Qorske özünün əvəzedilməz mədəsi ilə fəxr edə bilər. 2005-ci ilən mart ayında o, 20500 Biq -Mak yemişdir.
ABŞ-dan olan Norman Harri 1998-ci ildə 10 saniyə ərzində ağzında 109 diri arı saxlamışdır.
Maykl Lloyd ayağı ilə fasiləsiz olaraq başına 42 dəfə vurmuşdur.
ABŞ Silahlı Qüvvələri nümayişçiləri qovmaq vəsaiti kimi xüsusi üfunətə malik qazlardan istifadə edir. Onlardan biri "Kim, Mən?", ikincisi isə "ABŞ hökumətinin standart vanna üfunəti" adlanır.
Ən uzun cərrahi əməliyyat 96 saat davam etmişdir və proses zamanı Çikaqodan (ABŞ) olan pasientdən böyük şiş çıxardılmışdır.
Ən uzun insan qaşı 78 mm-dir.
Sən demə, dünyada milçək tutmaq üzrə də yarış keçirilib (daha doğrusu onları ovuc içərisində öldürməklə). Və onların öz rekordçuları da var. Düzdür, bu yarışın qalibinin adı məlum olmasa da, o, 1912-ci ildə ümumi çəkisi 96 kq olan 543 min 360 milçək öldürmüşdür. Maraqlıdır, bu qədər milçəyi haradan tapıb?.
Montana ştatından (ABŞ) olan motosikletçi İvel Knivel öz praktikasında ən çox sınıqları olan rekordçudur. Onun sınqılarının sayı 435-dir.
Siz öz xarici görünüşünüzü xoşagəlməz hesab edirsiniz? Sizin burnunuz uzundur? Narahat olmayın, siz sadəcə olaraq bilmirsiz, uzun burun nə deməkdir! 18-ci əsrin sonunda İngiltərədə yaşamış Tomas Ueddersin burnunun uzunluğu 19 sm olub.
Amerikalı Robert Uodlovun ayağının uzunluğu 47 sm olmuşdur.
İngiltərədən olan Harri Turner öz dərisini bədənindən 15 sm kənara darta bilir. O, dərinin elastikliyini artıran xüsusi xəstəlikdən əziyyət çəkir.
Elə həmin Harri Turner öz üzünə 159 taxta sığac bərkidə bilmişdir.
ABŞ-dan olan Mont Pirs öz sol qulağının aşağı ucunu 12,7 sm dartmağı bacarır.
İngiltərədən olan Stefan Teylor öz dilini 9,4 sm ağzından kənara çıxarda bilir.
Orseniqodan olan (İtaliya) Covanni Batista diş kolleksiyası yığır. Onun kolleksiyasında artıq 2 milyondan çox diş vardır.
İngiltərəli Tomas Bləktorn öz dili ilə 11 kq qaldırmışdır.
Salvadordan olan Rene Alvarenqa çox sadə oğlandır. O, əqrəbləri yeyir. Hər gün 20-30 dənə. Onun yediyi əqrəblərin sayı artıq 35 mini keçmişdir.
Fransalı Mişel Lotito sadəcə olaraq doymayan adamdır. 1959-cu ildən o, hər şeyi yeməyə başlamışdır. Demək olar ki, hər şeyi. O vaxtdan o, kompyuter, 18 velosiped, 6 şamdan, 15 supermarket arabası, 2 çarpayı, 7 televizor və bir cüt xizək yemişdir. Eyni zamanda o, müəyyən xırda şeylər də yemişdir. Onun yediyi metalın ümumi çəkisi 9 tondan çoxdur.
Malaziyadan olan Letçmana Ramazami öz saçlarından istifadə edərək ikimərtəbəli avtobusu 30 metr məsafəyə çəkmişdir.
Niderlandan olan Vim Xof 1 saat 8 dəqiqə ərzində özünü buzla örtmüşdür. O donmamaq üçün yoq fəndəri və meditasiyasından istifadə etmişdir.
ABŞ-dan olan iki adam içərisində 75 zəhərli ilan olan vannada qalmaqla dünya rekordu müəyyən etmişlər.
Ən böyük ilbiz Afrikadan tapılmışdır. Onun ölçüsü 39 sm-dən böyük olmuşdur.
Dünyada ən böyük zibilxana Nyu-York ştatında (ABŞ) yerləşir. Onun sahəsi 1200 hektar, zibilin çəkisi isə 100 milyon tondur.
Yeni Zelandiyadan olan Klint Xallam öz biləyini 3 dəfə itirmişdir. İlk dəfə o, biləyini 1989-cu ildə yol-nəqliyyat hadisə zamanı itirsə də, həkimlər onu öz yerinə tikmişlər. 1989-cu ildə infeksiya səbəbindən bilək yenidən kəsilmiş və yerinə yeni, süni bilək qoyulmuşdur. 2001-ci ildə isə bu süni bilək materialın orqanizmlə uyğunlaşmaması səbəbindən yenidən kənarlaşdırılmışdır.
İsveçrədən olan Marko Xort eyni vaxtda ağzında maye içmək üçün 258 ədəd çubuq saxlaya bilir.
Britaniyalı qadının bədənində 2520 pirsinq (deşik) elementi vardır. Onlardan biri onun dilindədir. Bu pirsinqə hətta barmaq da girə bilir.
İndi yaşayan ən ağır ilan Birma pitonudur. 71 sm uzunluğu olan bu ilanın çəkisi 183 kq-dır. Bu nəhəng ilan ABŞ-dakı safari-parkda yaşayır.
Ən uzun ilan sadə pitondur, onun uzunluğu 10 metrə çatır.
Ən tez yeyən qarınqulu ulduzburun güvədir. O, öz ovunun yerini 120 millisaniyə ərzində müəyyən edib yeyə bilir. Dünyada Ən zəhərli canlı - ikirəngli şişman qurbağadır. Onun zəhərinin 1 qramı 100 mindən çox adımı öldürməyə kifayət edir.
1970-ci ildə hemofiliyadan əziyyət çəkən pasientin ürəyində aparılan əməliyyat zamanı 1080 litr qan tələb olunmuşdur. Bu isə 15 dolu vanna deməkdir. Görəsən, bu əməliyyat üçün nə qədər donor lazım gəlmişdir?
2004-cü ilin dekabrında 5 milyon nəfərdən çox adam bir-birinin əlindən tutaraq uzunluğu 1050 km-ə çatan canlı zəncir yaratmışlar. Bu, hadisə Banqladeşdə Teknaf və Tentuliya şəhərləri arasında olmuşdur.
Butılkanın içərisində göndərilmiş ən qədim məktub okeanda 92 il 229 gün 1914 ilin aprel ayının 25-dən 2006-cı ilə dekabrın 10-a qədər ingiltərəli balıqçı tərəfindən tutulana qədər dənizdə "sayahət etmişdir".
Cim Linqvild 2008-ci il oktyabrın 10-da TV2 Denmark kanalında canlı yayımda 1 dəqiqə ərzində 7 ədəd Ferero Rocer şokoladı yemişdir.
100 metrilik məsafəni hamıdan tez Niderlanddan olan Niko Surinqs qaçır - 17,35 saniyə. Bu nəticə 2006-cı il dekabrın 8-də qeydə alınmışdır. Nə isə uyğun gəlmir, doğrudur? Məsələ ondadır ki, 100 metrlik məsafə ayaqyalın, buz üzərində qaçılmışdır.
Diametri 30 sm olan pitsa 2008-ci ilin mart ayının 22-də Yeni Zenlandiyadan olan Corş Andersen tərəfindən 1 dəqiqə 45 saniyə ərzində yeyilmişdir.
Siz öz üzünüzün şəklini balqabaq üzərində nə qədər vaxta kəsə bilərsiniz? ABŞ-dan olan Stefan Klark bunu 24 saniyəyə yerinə yetirə bilir.
Finlandiyadan olan Vinsent Pilkinqton 1 dəqiqə yarım vaxt ərzində hinduşkanın tüklərini yola bilmişdir (17 noyabr 1980-ci il).
Macarıstandan olan Ceyms Marton 8 saat müddətində 50 qoyunu qırxa bilir. Bu rekord 2003-cü ilin aprel ayının 26-da Macarıstanda keçirilən xüsusi şouda qeydiyyata alınmışdır.
Kompyuter və 3 boş klaviaturadan istifadə edərək və ekrana baxmayaraq Mişel Santeliya Odisseya, Maqbet, İncil və 2002-ci ilin rekordlar kitabı da daxil olmaqla 64 kitab (3,3 milyon sözdən çox) yığmışdır. Bütün mətnləri o, qədim yəhudi dili kimi ekzotik dil də daxil olmaqla müxtəlif dillərdə yığmışdır. Yalnız onu əlavə etmək lazımdır ki, kitabların mətnlərini o, dal-qabaq, axırdan əvvələ tərəf yığmışdır. Bu nəhəng və faydasız iş 2007-ci il iyulun 26-da sona çatımışdır.
İngiltərədən olan sürücü Terri Qrant Vauxhall Astra VXR avtomobilində iki təkər üzərində maşının öz hündürlüyündən 68 sm çox olan oyuqdan keçmişdir. Bu hadisə 2006-cı il 17 dekabrda olmuşdur.
İngiltərəli Con Evans çəkisi 159,6 kq olan avtomobili başı üzərində 33 saniyə saxlamışdır. Özü də əllərindən istifadə etmədən, avtomobili boşqab kimi balanslaşdıraraq. Aydındır ki, bu o qədər də böyük avtomobil olmamışdır. Lakin hər halda velosiped və moped də olmamışdır. Rekord 1999-cu il mayın 24-də baş tutmuşdur. Arayış üçün bildirək ki, Conun boyu 2 metr, çəkisi 156 kq, boyunun dairəsi 61 sm-dir