Fransa imperatoru Nadir şahın zəfərini təkrarlamağa cəhd edirdi Napoleon Bonapart və sionizm Yəhudi alimləri iddia edirlər ki, Avropa qitəsinin siyasi xadimləri arasında İsrail dövlətinin yaradılması ideyasını ilk dəfə məhz Fransa imperatoru irəli sürüb. Təl-Əviv Universitetinin professoru Mordexay Gixonun “Napoleon Müqəddəs torpaqda” kitabının (“Napoleon in the Holy Land”) əsasını təşkil edən “Napoleon – ilk sionistdir” fikri yəhudilər arasında hələlik tam təsdiqlənmiş və dəstəklənmiş ciddi müzakirə mövzusudur.
Bir tərəf Fransa imperatorunun səmimi qəlbdən siaonist olmasına şübhə ilə yanaşır və hesab edir ki, O, bununla yəhudi icmasının siyasi dəstəyi və maliyyə yardımına ümid edib. Digər tərəfdən isə Napoleonun xalis sionist siaysi xadim olmasını isbat etmək üçün əlini Tövrata qoyaraq and içməyə belə hazırdır. Bu mülahizələrdən hansının doğru olmasını indi isbatlamaq çətindir. Tarix məqsəd naminə bütün vasitələrin keçərli olmasını daim xatırladır. Napoleon Bonapartın uğursuz Şərq saiyasəti də buna daha bir sübutdur. Şübhəli sənəd …1798-ci il. Gənc fransız generalının qoşunları Misiri işğal edir. Bundan sonra onun 30 minlik hərbi korpusu Sinay yarımadasından keçərək Qüdsə üz tutur. 1799-cu il martın 7-də fransızlar Yaffanı ələ keçirir və Akraya üz tuturlar. Məhz bu zaman Napoleon Bonapart “Afrika və Asiya yəhudilərinə şağırış”-ı yazır. Bu sənədin əsli, orjinalı yoxdur, lakin onun alman dilində tərcümə edilmiş nüsxəsinin altında “Baş fransız generalı Napoleon və Qüdslü ravvin Axaron”un imzaları durur. Çağırışda deyilir: “İsraillilər- siz vahid xalqsınız, Fransa sizə İsrail torpağını geri qaytarmağı təklif edir. Öz xalqınızın köməyi və dəstəyi ilə ələ keçirilmiş ərazini geri qaytarın və onu istənilən qəsbçidən qoruyun!” Napoleonun İsrail dövlətini yaratmaq ideyasını təsdiqləyən bu mübahisəli sənəddə nəzərdə tutulanlar tarixi gerçəyə niyə çevrilmədi? 20 may 1799-cu il. İngilis admiral Nelson Yaxın Şərq sahillərində baş vermiş döyüşdə fransız dəniz eskadrasını məğlubiyyətə uğratdı. Bundan sonar Avropaya qayıdan Napoleon dünya cahangirinə çevrilmək, möhtəşəm dövlət yaratmaq ideyasını gerçəkləşdirmək üçün yeni planlar düşünməyə başladı. Lakin onun Yaxın Şərqdən keçməklə bir çox fatehlərin ağalığını bərqərar etmək planları bir-bir uğursuzluqlara uğradı. Fransızpərəst hindlilər XVIII və XIX əsrlər Yaxın və Orta Şərq uğrunda Fransa-İngiltərə rəqabətinin şahididir. Bu amansız mübarizədə gah bir, gah da digər tərəf üstünlük qazanırdı. İlk dövrdə Fransız Hindistanının generalqubernatoru Düpleksin sayəsində birincilər Hind yarımadasında xeyli irəlidə idilər. Lakin 7 illik müharibə Fransa üçün Hindistandakı bütün müstəmləkələrin itirilməsi ilə nəticələndi. XVIII əsrin 70-ci illərində ingilislərin Hindistandan qovulması üçün kral XVI Lüdovikə neçə-neçə plan təqdim edilirdi. Buna qədər mahir xəfiyyələr hind hakimlərinin saraylarına yol tapır, onları müxtəlif təkliflərlə şirnikdirməyə çalışırdı. Şirəyə gələn milçəklər- hakimlər çox idi və Hindistanda fransızlara qarşı artan siyasi rəğbətin müəyyən səbəbləri vardı. Məsələn sözügedən yüzilliyin 50-ci illərində yarımadanın cənub hissəsində mövcud olan dövlətin (Dekan) hakimləri – Heydərabad sultanının qoşunu fransız mütəxəssislərinin təlimi görmüşdü. Bu mütəxəssislərə polkovnik Büssi rəhbərlik edirdi. Peşəkar hərbiçi, həm də avantürist Büssi Heydərabadda 7 illik müharibəyədək qaldı. 1778-ci ildə Fransa müstəqilliyini elan etmiş ABŞ-ın müttəfiqi idi və Hindistandakı müstəmləkələrdə yerləşən fransız qoşunlarının Fransa ilə əlaqələri yox dərəcəsində idi. Onlar Hind yarımadasındakı inglislərin hərbi təzyiqinə tab gətirə bilməyib şəhərləri bir-bir təhvil verirdi. Lakin admiral Süffrenin donanması Hind okeanında ingilisləri məğlub etdikdən sonar polkovnik Büssinin rəhbərlik etdiyi kiçik hərbi korpus Kuddalur yaxınlığında mövqe tutdu. Bu zaman ingilislər iki hind hakimi (Maysur dövlətinin başçıları Heydər Əli və Tipu-Sultan) ilə müharibə aparırdı. Fransız hərbi müşavirlərin olduğu Heydərabad şəhəri də artıq Maysur dövlətinin tərkibinə qatılmışdı. Polkovnik Büssi Fransa dövləti adından Heydər Əli və Tipu-Sultana müttəfiqlik müqaviləsi imzalamağı təklif etdi. Bu işə iki ay sərf edən fransız hərbçisindən fərqli olaraq, ingilislər vaxtı fövtə verməyib üçqat artıq hərbi qüvvə topladılar və fransız korpusuna qarşı hücuma keşdilər. 20 saatlıq döyüşdə ingilislərin itkisi 2 min nəfərə çatdı. Lakin tezliklə Kuddalurda mühasirəyə düşmüş fransızlara Fransa ilə İngiltərə arasında sülh müqaviləsinin imzalanması xəbəri çatdı. Döyüş əməliyyatı bitdi. Maysur dövlətinin hakimləri təklikdə qaldı və onlar mübarizənin mənasızlığını anlayıb ingilislərlə barışıq sazişi imzaladı. 1783-cü ilin müqaviləsinə əsasən, Hind yarımadasındakı Pondişeri, Şandernaqor, Mae, Yanam, Karikal kimi iri müstəmləkə- şəhərlər fransızların nəzarətində qaldı. Maysur hakimi Tipu-Sultan isə 1788-ci ildə Parisə səfər etdi və kral sarayında (Versalda) təntənə ilə qarşılandı. Lakin inqilab bütün siyasi kartları qarışdırdı və ingilislər Hindistandakı bütün fransız müstəmləkələri işğal etdilər. İnqilabi işğal Həmin əsirdə Nadir şah Hindistanı fəth etmiş son fateh idi. Onun 1736-1747-ci illərdə yarımadaya hərbi yürüşü və Dehli kimi iri şəhəri ələ keçirərək böyük qənimətlərlə geri dönməsi Avropa qitəsində bir çoxlarının yuxusuna haram qatmışdı. Həmin dövürdə, əsrin sonunda Fransa böyük inqilab xəstəliyinə tutulmuşdu. Vikont Barras - əsilzadə, inqilabçı və inqilabi Direktoriya hökumətinin başçısı Napoleon Bonapartı Yaxın Şərq və Hindistan səfərlərinə həvəsləndirən əsas şəxs idi. Şöhrətinin zirvəsində olan Napoleon Yaxın Şərq yürüşünə çıxanda Londonda təlaş baş qaldırdı: “O, hindistana doğru irəliləyir!” Təcili qaydada İstanbula elçilər göndərildi və sultan Qırmızı dənizdəki bütün limanları fransızların üzünə qapatdı. Lakin Napoleonun elçiləri xəlvəti olaraq Məkkə və Mədinənin (İki Müqəddəs Hərəmin) o zamankı vəhhabi rəisi ilə gizli danışığa girdilər. məqsəd onun köməyi ilə gəmilər almaq və Hind okeanına çıxmaq idi. Eyni zamanda, 1799-cu ildə Napoleon Maysur hakimi Tipu-Sultana məktub göndərərək ona ingilislərə qarşı müttəfiqlik təklif etdi. Lakin Ərəbistan yarımadasının cənubundan keçərək uzun yol gedən məktub Maysur hakiminə çox gec çatdı. 1799-cu ilin əvvəllərində general Uilsonun missiyasi Yəmənə gəldi. Ərəb şeyxləri öz torpaqlarında ingilis qarnizonunun yerləşdirilməsinə razılıq vermədilər, lakin Plankettin kiçik donanması Qırmızı dənizdə nəzarəti ələ aldı. Beləliklə, Napoleonun Qırmızı dənizdən keçərək Hindistana üz tutmasının qarşısı alındı. İnqilabi Fransanın Hind okeanında donanması yox idi və gənc general Avropadakı limanlardan çıxan gəmilərin gəlişini gözləyə bilməzdi. Napoleonun bir çıxış yolu qaldı: Osmanlı ərazisində olan Suriya, İraq, habelə İrandan keçərək Hindistana yol açmaq. Qacar sülaləsindən olan Fətəli şahla danışıqlar başlandı. Hindistandakı ingilis general- qubernatoru Uelsi isə öz növbəsində fransızların quru yolunu bağlamaq üçün Əfqanıstan və Hindistanın şimalındakı Sind əyalətində olan Talup sülaləsi ilə danışıqlara əl atdı. İngilislər hətta rus elçisi Vorontsova müraciət edərək, Əfqanıstana qoşun göndərməyi xahiş etdilər. Bununla bərabər, Heydərabaddakı fransız hərbi müşavirlər əsir götürüldü. 1799-cu ilin fevralında ingilislər onlarla müttəfiq olan hind hakimləri ilə birgə Maysur dövlətinə hücum etdilər. Tipu-Sultan düşmən üzərində bir neçə xırda qələbə qazandı, amma sərkərdələrinin xəyanəti onu mühasirə vəziyyətində qoydu. Fransadakı inqilabi Direktoya Yaxın Şərqdə böyük uğurlar qazana bilməyən general Bonaparı geri çağırdı və ilk Şərq hərbi kampaniyası başa çatdı. Riskli yürüş 1800-cü ildə Direktoriyanın Birinci Konsulu Napoleonla rus çarı I Pavel arasında diplomatic yaxınlaşma baş verdi. Avropada ikihakimiyyətlik qurmaq istəyən çar və gələcək imperatorun planlarında Osmanlı imperiyasını da bölüşdürmək nəzərdə tutulurdu. Rusiya İngiltərə ilə müharibənin astanasında idi. İngiltərəyə ixrac dayandırıldı, don atamanı Vasili Orlova Hindistana səfər üçün qoşun toplamaq əmri verildi, eyni zamanda Kamçatkadakı donanma Sakit okeandan Hind okeanına yürüşə hazırlıq göstərişi aldı. Çar Pavel kazak atamanı Matvey Platova ekspedisiyaya rəhbərlik etmək və qısa müddətdə Hind çayı sahillərinə çıxmağı tapşırdı. Mərkəzi Asiyanın hələ öyrənilməmiş, xəritəsi olmayan qumsal çölləri, səhraları ilə yürüyərək, Xəzər sahilindəki Astrabad şəhərinə çatmalı olan rus qoşunu fransızlarla yol yoldaşı olmalı idi. Qacar sülaləsinin əsas dayaq məntəqəsi olan sahil şəhərindən davam edəcək yürüş Heart, Fərrax və Qəndahardan keçməklə Hind çayında tamamlanmalıydı. Buna qədər isə Avstriya- Macarıstandan yola çıxacaq fransız hərbi ekspedisiyası Dünyadan Qara dənizə, oradan isə rus hərbi gəmiləri ilə Qafqaza, daha sonar isə eyni marşurutla Don kazakları ilə birgə 120 günlük bir yol ölçüb son coğrafi məntəqədə möhkəmlənməli idi. Nadir şahın yürüş planını təkrarlayan Napoleon Bonapartın bütün niyyətləri I Pavelə qarşı sui-qəsdlə (12 mart 1801-ci il) alt- üst oldu. Amma iddialı fransız general hələ də planlarında sabit qalmışdı. 1802-ci ildə polkovnik Sebastianinin xəfiyyə qrupu Yaxın Şərqə yollandı. Admiral Dekanın eskadrası isə Hindistana desant çıxarmalı və ingilislərə qarşı xalq üsyanları təşkil etməli idi. Lakin hər iki missiya uğursuzluğa uğrasdı. Sonrakı illərdə, hətta 1812-ci ilin hərbi kampaniyasında Rusiyaya məğlub olduğu dövürdə də Napoleon Bonapartın düşüncələrində əsrarəngiz Şərqi fəth etmək planları qalırdı. Lakin artıq gec idi, mahir sərkərdə üçün, (özü bunu başa düşməsədə,) tarixin geriyə sayımı başlamışdı.