1. Kral İohan azadlıq xartiyasını (sənədini) imzalayıb Kralın səlahiyyətlərini məhdudlaşdıran məşhur azadlıq xartiyası İngiltərədə demokratiya yolunun başlanğıcı demək idi. O dövrün bir çox rəsm əsərlərində Kral İohanın xartiyanı həvəssiz bir şəkildə imzaladığı təsvir olunub. Əslində isə Kral İohan yazıb-oxuya bilmirdi. Bu səbəbdən də onun hər hansı bir sənədi imzalamasını iddia etmək gülüncdür. Həm də arxivdə saxlanılan xartiyaların 4 nümunəsinin dördündə də yalnız möhür var, heç bir imza yoxdur.
2. Volter Reyl Avropaya kartof və tütünü gətiribİddia olunduğu kimi, kartof və tütünü Avropaya ilk gətirən Volter Reyl olmayıb. O, 1586-cı ildə İngiltərəyə ilk dəfə kartof gətirsə də, 1585-ci ildə İspaniyada kəndlilər əkdikləri ilk kartofu yığmağa başlamışdılar. Tütün isə 1560-cı ildə fransız Jan Nikot tərəfindən Avropaya gətirilib. Məhz bu səbəbdən nikotin sözü onun familiyasından götürülüb.
3. Magellan bütün dünyanı dövr edib
Hamıya məlumdur ki, Magellan bütün dünyanı dövr edib və Filippin sahillərində öldürülüb. Əslində Magellan səyahətinin yalnız yarısını həyata keçirə bilib, onun başladığı səyahəti köməkçisi Xuan Sebastiyan sona çatdırıb.
4. Roma yanarkən İmperator Neron skripka çalırdı
Bir çox tarix kitablarında yazılır ki, e.ə. 64-cü ildə Roma İmperatoru Neron Roma şəhərini yandırıb və Roma yanarkən də o, skripka çalırmış. Ancaq bu, mümkün deyil. Çünki skripka Nerondan düz 1600 il sonra icad olunub. Həm də Roma yanarkən Neron Romada yox, ondan 30 mil uzaqlıqda olan malikanəsində olub.
5. Kapitan Ceyms Kuk Avstraliyanı kəşf edib
1770-ci ilə kimi Ceym Kukdan əvvəl, hollandiyalı səyyahlar Avel Tasman, Dirk Xartoq və ingilis dəniz qulduru Vilyam Dampir Avstraliya qitəsində olublar. Həm də bu qitə 50000 il bundan əvvəl yerli aborigen sakinləri tərəfindən onsuz da kəşf olunmuşdu. Sadəcə olaraq, Kuk buranın yeni bir qitə olduğunu deməklə Avstraliyanı kəşf edən səyyah adını alıb.
6. Hamlet, Şekspirin təxəyyülünün məhsuludur
Vilyam Şekspir bəşər tarixinin ən məşhur dramaturqlarından biri sayılır. Ancaq onun bir çox əsərlərinin mövzusu iddia edildiyi kimi, ona məxsus olmayıb. Belə ki, Şekspir məşhur “Daniyalı Şahzadə Hamletin faciəsi” pyesini skandinav əfsanəsi əsasında yazıb.
7. Amerika 4 iyun, 1776-cı ildə müstəqillik əldə edib
Bu belə deyil. Düzdür, bu tarixdə Müstəqillik Bəyannaməsi imzalanıb. Ancaq bu müstəqillik uğrunda müharibə daha 7 il davam edib, yalnız 3 sentyabr 1783-cü ildə Amerika ilə ingilis kralı III Georq arasında sülh sazişi imzalanıb.
Bəylər Məcidov