Xoşbəxt olmaq:(istəməyənlər oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)
Adam xoşbəxt də olar bədbəxt də, ilk baxışda bu bütün dünyada olduğu kimi özünü göstərsə də, əslində buralardakı xoşbəxtliklər və bədbəxtliklər tamamilə fərqlənir, bu xoşbəxt və bədbəxt hislərin dünyada analoqu yoxdur. Buralarda adamlar özlərini bədbəxt hiss edəndə adətən təsəlli versiyası ortaya çıxır. Əvvəlcə ucundan qulağından bir neçə kəlmə xoşbəxtlik haqqında.
Bu gün səhər tezdən 8:00 radələriydi, yağırdı, bir oğlan marşruta gözündə eynək daxil oldu, təbiidir ki, eynək gözdən çıxmadı, oğlan bomba oğlan kimi görsəndi. Deməli o, xoşbəxtdir. Yox əyər birdən eynək sınsaydı, deməli o bədbəxt olacaqdı. Buralarda hər şey tez unudulduğundan xoşbəxtlik və bədbəxtlik kimi hisslər də tez unudulur. Oğlan yenidən eynək alır, gün çıxır, yaz gəlir, göbələk kimi qız bitir və oğlan tutur və qoltuğunun altı şişir. Buralarda evlənəndə adəti üzrə evləndiyin gün xoşbəxt olursan, sonra ya xoşbəxtliyini başqa yerdə tapırsan ( hidden), ya da ömrü boyu bədbəxt olursan. Yuxarıda da qeyd olunduğu kimi bədbəxtlikləri aradan götürmək üçün versiyalar var. Bədbəxtlik ani baş verirsə, türkəçarə yolu ilə adam özünə ilkin tibbi yardım göstərə bilər. Buna misal olaraq, o dəqiqə tüpürmək, bir neçə sözü təkrarlmaq ( ay da, ay da, ay sənin, ay sənin...) və başqa yolları göstərmək olar.
Bu yaxınlarda bulvar deyilən bir yerə yaxın avtobusdan düşdüm, digər avtobusu gözləyirdim, dondurmanın təzə çıxan vaxtları ola xoşbəxt olmaq istəyən gənc ola. Bir neçə gedə dayanıb söhbət edirdilər, hərdən əllərini bir birinə də vururdular, təxminən 30 metr aralıda oturacaqda ( skameyka kimi də adlanır) 2 qız dondurma yeyirdi. Birdən gedənin biri arxadan şığıyaraq oturacağın bu başından o başına tullandı. Qızlar diksindi (bismillah...), cavab tragikomik oldu “ qorxma daş yağıyla qorxuluğunu götürəcəm”. Gülə-gülə dostlarının yanına qayıdan gənc mükafatı tələb etdi “ tez eliyün da, davay atışun” digər beş nəfər mükafatı verməsəydilər kişiliydən olmazdı. Onlar da 20 qəpikdən atışdılar və qəhramana bir manatlıq içərişəhər dondurması aldılar. Dondurmanı yeyən gənc özünü güclü, son dərəcə xoşbəxt hiss etdi, amma bu xoşbəxtliyin də dondurmanın qurtarmasına kimi ömürü var. Təkrar edirəm, buralarda xoşbəxtlik ani olur, amma hər dəqiqə baş verə bilər. Bəlkə keçək bədbəxtliyə? Gələn yazını ürəyi yaralılara ithaf edəcəm...