İyulun 4-ü bəzi ABŞ prezedentləri üçün düşərli olmayıb

İyulun 4-ü bəzi ABŞ prezedentləri üçün düşərli olmayıb


AB
Ş tarixindən bixəbər olanlar üçün qeyd edim ki, İyulun dördü ABŞ-ı formalaşdıran İstiqlaliyyat Bəyannaməsinin 1776-cı ildə imzalanma tarixidir və ona görə də elə-belə adi gün deyil (Əslində Bəyannamə müəyyən intervallarla bir neçə ildən sonra tam olaraq imzalanıb, amma bir günü qeyd etmək üçün seçmək lazım idi ya yox?! ).

Buna görə də dövlətin əsasını qoyanlardan olan və ABŞ-ın ikinci prezedenti seçilən Con Adamsın Amerika doğulandan 50 il sonra – 1826-cı il İyulun 4-də vəfat etməsi təəccübdən çox ironiya doğurur. Con Adams can verərəkən “Tomas Cefferson, sağ olsun” deyə mırıldamışdı, çünki ikili həyatlarının qürub çağında birgə işdən zövq almışdılar (Cefferson əlbəttə ki, Adamsdan sonra Ağ Evə rəhbərlik etmişdi). Lakin, Adams və bir çoxları Ceffersonun da ABŞ-ın müstəqilliyinin əlli illik yubileyində Adamsdan bir neçə saat əvvəl öldüyünü bilmirdi.


Etiraf edim ki, bu iki adamın Bəyannəmə imzalandıqdan sonra ötən 18261 gündən heç birində deyil,  məhz 18261-ci gündə, yəni 1826-cı il İyulun dördündə ölməsi o qədər də təəcüblü deyil, amma onların hər ikisinin eyni gündə ölməsi doğrudan da qəribədir.
Beləliklə, ölkənin ilk üç prezedentindən ikisi eyni gündə vəfat edir. Maraqlısı budur ki, daha bir prezedent İyulun 4-də vəfat edib. Bəli, Beşinci prezedent Ceymz Monro 1831-ci il İyulun 4-də ölüb. İlk beş ABŞ prezedentlərindən üçü Müstəqillik günündə ölüb..
Vətəndaş Müharibəsinin ən mühüm və geniş döyüşü olan Qettisbuq döyüşü də müstəqillik günündə, 1863-cü il İyulun 4-də sona çatıb.

 

Top