Obama da zarafatcıl imiş...

Obama da zarafatcıl imiş...

Ötən şənbə, Barak Obama “həyatda bir neçə şeyi tapmaq onu saxlayıb sevməkdən daha çətindir” deyərək, bir neçə ağıllı fikirlərini bölüşüb.

"Yaxşı, sevgi və doğum haqda şəhadətnamə", Obama Ağ Ev Müxbirlər Birliyinin axşam yeməyində onun doğum yerini sorğulayan jurnalistlərə rişxəndlə cavab verdi. "Mənə dedilər ki, reytinqim doğulduğum yerdə hələ də yüksəkdir”. Obama Havay adalarında doğulub, amma bəziləri onun başqa ölkədə doğulduğundan şübhələnirlər.

Obama yeməkdə olan komedia ustası Jay Lenoya da sataşdı. Obama Leno üçün “yeganə insandır ki, reytinqi mənimkinə (türkün məsəli) nisbətən aşağı düşüb", dedi

Respublikaçılar da Obamanın zarafatlarına tuş gəldi. Obama Con Makkeynin (Sen. John McCain) bu il digərlərindən seçilmədiyini irəli sürüb “biz bilirik ki, Arizonada şəxsiyyət vəsiqəsini itirəndə nə olur.... xoş getdin, dostum” dedi və Arizonda immiqrasiya ilə bağlı qəbul edilən yeni qanunla məzələndi.

Baxmayaraq ki, onun seçki reytinqi enib, Obama dedi ki, o, Twitter və Facebookda çox məşhurdur və ya necə ki, Sarah Palin onu adlandırır “sosial media”da

Məclisdə iştirak edən 3000 qonaq arasında Olimpiya çempionu Elnur Məmmədli, eee bağışlayın, Lindsey Vonn (öyrəşmişəm olimpiya çempionu sözündən sonra Elnur Məmmədli deməyə:D), aktyor Alec Baldwin, aktrisa Michelle Pfeiffer, Nyu-Yorkun meri Maykl Blumberq kimi insanlar yer alırdı..

Obamanın nitqinə bax: 

Hətta Obama söyüş də söyür... deyir ki, yeməyə gəlməyəcəkdim, vitse-prezident Biden mənu dilə tutdu. Mənə dedi ki, bu adi yemək deyile, it is a big fucking meal.. Əlbəttə ki, fucking sözü gələndə beep verirlər...

 

Top