Çörçil universal olaraq intellektual insanlar tərəfindən dahi hesab edilir. Əsasən də, bioqrafiyaçılar, ingilis tarixçiləri və Britaniya Racı haqda eşitməyən adamlar tərəfindən.
Niyə bu yalandır?
Çörçil müharibə ərəfəsində böyük nitqlər söyləyirdi və şübhəsiz, nasizlər Londonu nəyi-var bombardman edəndə İngiltərəni ruhlandıran lider idi. Lakin onun məşhurluğu fəlsəfi konsepsiyadan o tərəfə keçmir, hansı ki müharibədən sonra yaranan böhran zamanı ola biləcək tənqidləri azaltmışdı..
Bu belə davam etmədi və Çörçil Almaniya təslim olandan sonra işindən qovuldu. Niyə?
Çörçilin İkinci dünya müharibəsində savaşmaq üçün uşaq həvəsi var di və gözü doymurdu. Bunun milyonlarla insanın həlak olacağına səbəb verdiyindən, o, ordu daxilində elə də sevilmirdi.. Çörçilin ən axmaq planı: 1945-ci il İyulun 1-də yenidən silahdırılacaq alman qüvvələri ilə təcili olaraq Rusiyanın işğalı. Bəli, o, İkinci Dünya Müharibəsinin bədnam təsirləri aradan qalxmamış Üçüncü Dünya Müharibəsini başlatmaq niyyətində idi. Bu onun Qeyri-adi Əməliyyat (Operation Unthinkable) planının əsasını təşkil edirdi və bu plana görə hətta ən yaxın adamları belə onu gicgicinin biri hesab edirdi.
Çörçil baş nazir kimi fəaliyyət göstərəndə, britnaiyalılar müharibədən sonra onların başına yeni fəlakətlərin gələ biləcəyini düşünməyə başlamışdı. Çörçil müxalifətdə olan Leyboristlər partiyasını Gestapo adlandırmaqdan heç də çəkinmədi, baxmayaraq ki, onlar müharibə kabinetində əsas postları tutmuşdu. Beləliklə, britonlar 1945-ci ildə tarixdə olmuş ən məşhur seçki məğlubiyyətlərinin birində onun dalından təpik vurdular
Doğrusu, 400 milyon əhasi olan Britaniya Racını (indiki Pakistan), Banqladeş, Myanma və Hindistanı çıxmaq şərtilə Çörçil ingilislərdən böyük səs çoxluğu toplamışdı.Çörçilin standartlarına görə bu insanlar Britaniya İmperiyasının tərkib hissəsi idi və hətta o, Hindistana muxtariyyət verilməsinin də qəti əleyhinə idi. Ölkə İkinci Dünya müharibəsinə cəlb olunmuş və buna etiraz edən ölkə liderləri həbs edilmişdi. Çörçil hətta M.Qandiyə qarşı qəti imkan tədbiri görərək, onun aclıq aksiyaları zamanı aclıqdan ölməsinə göz yumulmasını təklif etmişdi