yeni ödəmə sistemi(arvad kəşfi)

yeni ödəmə sistemi(arvad kəşfi)

Yeni ödəmə sistemi: (istəməyənlər  oxumaya da bilər, oxuyub ağzına gələni yazmasın)
Marşrut o qədər yazmalı mövzudur ki, bu haqda yazsan heç Drezden kitabxanasına da sığmaz. Hər gün olduğu kimi bu gün də marşrutda gördüklərimdən heyrətləndim, bir növ öyrəşsəm də, yeni yeni faciələrlə rastlaşıram. Səhər səhər həmişə olduğu kimi yenə basabas idi. Basabasda bir boş yer yarandı, şüşəyə yapışmış bir qızın yanında dayanan iki oğlan bir-birinə gülə-gülə keç otur deyərək, usta bir yolla qız ilişdilər. Maraqlıdır mən şəxsən marşrutda bircə sağ salamat marşrutdan düşəmək haqda düşünürəm. Gedələr hər şəraitdə qız ilişməyi bacarır. Marşrutda ayaq barmaqlarını itirmək təhlükəsi ilə qarşılaşan təxminən 50 yaşında bir qadın dözməyərək marşrut sürücüsü ilə mübahisə də etdi: “bundansa özəl taksi tutmaq daha sərfəlidir” hər halda bir qədər özünə təsəlli verdi. Marşrutun içərisində elə bil qavqamel döyüşü gedirdi. Ətrafda da vəziyyət gərgin idi.

Kafelərdən birinin adı 777 idi. İki qız axşam pusu serialında Poladın qızının oğurlanacağı proqnozunu verdi, istər istəməz hər kəsin fikiri qaldı bunların söhbətində. Adəti üzrə marşrut axırıncı dayanacağa çatmağa 100 metr qalmış hər kəs yerindən qalxır və bir birini tapdalayır. Fiziki və psixoloji zədələr alıb birtəhər marşrutdan düşdüm. Qayıdarkən istənilən dəhşəti görə biləcəyimi bilirdim. Qayıdarkən çox böyük bir kəşf etdim. Yaşlı (hardasa 70 80 arası) bir arvad marşrutdan düşərkən “ allah köməyin olsun ay bala” cumləsini deyib marşrutdan düşdü. İstər istəməz sürücü ürəyində söydü. Bunun nə demək olduğunu elmi şəkildə izah etmək qəliz məsələdir. Bir neçə versiyanı nəzərdən keçirdim. Birinci fikirləşdim ki, yəqin elə bilir marşrutlar müftə(pulsuz) işləyir. İkinci variantım belə oldu ki, yəqin yadından çıxıb ona görə pulu vermib. Dərindən düşündükdən sonra hər iki variantın səhv olduğunu bildim. Hər şey çox sadə imiş, arvad yeni həm də qədim valyuta sistemi kəşf edib, amma bu kəşfi haqqında heç vaxt heç yerdə danışmayıb.

Banklar, ehtiyatlı olun!Müflisləşə bilərsiz. Xahiş edirəm ki, bu kəşfə Ramzes kəşfi adı verməyəsiz, mən istəmirəm ki, o arvad Xristofor Kolumbun taleyini yaşasın. Gəlin onun müəlliflik hüququnu pozmayaq, ona görə də arvadın adını bilmədiyimiz üçün bu kəşfə arvad kəşfi adı verək. Marşrutadan səhər səhər düşəndə 10 , 20 ,50 , 100 manat verənlər qoy arvad kəşfindən faydalansınlar. Yeri gəlmişkən bir post da hazırlamışam maraqlı olsun deyə ucundan qulağından biraz məlumat verim. Postun adı “Tayson və Marşrut sürücüləri”dir. Bu postu  bir kəlamla bitirmək istəyirəm:

Əgər pivənoyda oturub, pivələyib şot vermisənsə, deməli artıq kişisən.( 21-ci əsr atalar sözü)

Top