son zəng düşüklükləri

son zəng düşüklükləri

Məzunlara ithaf olunur. (oxumaq məcburi deyil, oxuyub mənalı şərhlər yazın, düşük olmasın)

Son zəng həqiqətən yaralı mövzulardandır. Son zəngdə baş verən düşüklüklər heç də başqa sahələrdən geri qalmır. 11 ildə nə desən baş verir, bunların hamısını bir neçə cildli kitaba da yazsan bəs etməz. Çoxları məktəbə nə üçün, niyə, kimin üçün getdiklərini yaddan çıxarır. Çox vaxt müəllimlərlə və müəllimələrlə serial, futbol, hansısa müğənninin toy mərasimi və s. kimi məktəbə aid olmayan məsələlər dərindən müzkirə olunur. Müəllimlər şagirdlərlə keçmiş mədrəsələrdə olduğu kimi davranırlar. Məzunlıar bir növ döyüldüyü yerlərdən canlarını qurtarırlar. Buna görə sevinirlər, amma bəzi məqamlara görə kədərlənirlər, göz yaşları tökürlər. Bu siyahıya düşük mövzuların müzakirəsini ( yuxarıda göstərilib), sinifdən sinifə bluetoothlaşma əməliyyatlarını, məhəbbət dastanlarını, bir sözlə ağlınıza gələn bir çox düşüklükləri aid etmək olar. Keçək əsas məsələyə:

Son zəng günüSon zəng gününə hazırlıq adətən bir il öncədən başlayır. Valideyinin olan olmazı son zəng üçün tədarük olunur. Uşaqlar atışıb müəllimlər üçün tort alırlar. Süfrədə hər şeyin ideal olmasını nəzərə alırlar. Buna görə də oğlan məzunların kişi müəllimlərlə (qadınlar da istisna deyil) yüz qram vurmaları üçün süfrəyə arağ, pivə, şampan kimi ağılı başdan alan içkilər düzülməlidir. Bu düşüklüklər sırasına son zəngdə müəllimlərin sağlıq demələrini, ürək sözlərini demələrini və başqa düşüklükləri əlavə etmək olar. Oğlanlar oxumaqdan canlarının qurtardığını qeyd etmək üçün nolyeddinin( çeşkası olanlar çeşkanın ya da yeşkanın) üzərinə məzun yazıb çıxırlar camaatı maşınla vurmağa, bədbəxt etməyə, şikəst etməyə. Maşının hər tərəfi qırmızı rənglə bəzədildiyindən, polislər də deyirlər qoy biraz şellənsinlər. Bilmirəm bununla özlərini kimə göstərirlər, nə demək istəyirlər. Əsas odur bir günlük xoşbəxtdirlər, fərqlənirlər. Son zəng çalındığı an göz yaşlarının axması ilə müşaiət olunur. Kimi sevgilisini gündəlik görə bilməyəcəyi üçün, kimi ağıllanıbsa əgər heç nə öyrənmədiyi üçün, kimi boş vaxtlarını bundan sonra harada keçirəcəyi fikirindən ağlayır. Yalandan ağlayanlara da rast gəlinir, təbiidir ki özlərini göstərmək üçün. Bəzi gənclər nişanlısı tərəfindən son zəngə buraxılmadığı üçün evdə ağlayır. 6-cı sinifdə oxuyan qızın sözləşdiyi oğlan əsgərlikdədirsə (yəni slujit eliyirsə) deməli, onlar son zəngə trio kimi gələcəklər. Ən düşük anlardan biri isə, hədiyyələrin təqdim olunması mərasimidir. Burda əvəz-əvəz prinsipi əsas götrülür, məzunlar əlifba bayramında birinci sinif şagirdlərinə, onlarsa son zəngdə məzunlara hədiyyə verirlər. Görün necə düşüklüklər var. Fərqlənmək istəyənlər, özünə əlavə bahalı hədiyyələr də verdirir. Ən düşük ansa, həqiqətən ən düşüyü budur. Son zəng çalındığı anın şeirlərlə (şeirlər adətən ağı kimi deyilir) lənətlənməsidir. Son zəngin çalındığı anı hər kəs telefonunu ilə çıxarıb çəkir. Son zəngdən qız seçimi etməyə gələnlərə də rast gəlinir, seçim son zəng kassetlərindən də ola bilər. Bəziləri (el arsında bərkgedənlər) son zəngi restoranlarda da qeyd edirlər. Restoran sahibləri sevinir, ofsiantlar bir aylığa işlə təmin olunur. Ceyranım ay ceyranım kimi mahnılarla yanaşı rəhmətlik pop kralının repertuarından yararlananlar da olur. Burada təlxək, kloun qismində ağılı hələ tam kəsməyən birinci sinifdən bir oğlanla qız çıxış edir. Ağlasığılmaz görünsə də onlar bəy gəlin rolunu da ifa edirlər, meydana vağzalı sədaları altında çıxırlar. Bu rolu toylarda bəylə gəlinin qarşısında əsməyə gətirilən 5 yaşlı mələklər ( Əstafürillah) oynayır. Keçmişdə də belə düşüklüklər olub, son zəngdə kəndirbazların çıxışı buna misal ola bilər. 11 a, b, c, ç ... kimi yazılar hər tərəfi bəzəyir, divarlar it gününə düşür. 11 a deyir mən yekəm, obiriləri isə deyir mən. Soyuq müharibə gedir. Çox uzadmayım, səbirsizlər çoxdu. Nəhayət prosesə MəhəmmədHüseyin Şəhriyarın şeirləriylə xitam verilir. Bu düşüklüklər, keçmişdə də olub, bu gün də var, lap 2013-cü ildə də olacaq.

Həmçinin bax: Qız tutmaq ənənəsi

Top