səbir və dözmək anlayışları

səbir və dözmək anlayışları

Səbirsizlər oxumaya da bilər. Həyatda hər şeyin öz yeri olduğu kimi səbirli olmağın da öz yeri var. Səbirli olmağı çox vaxt başqa anlayışlarla qarışıq salırlar. Bəzən səbirli olmaqla dözmək anlayışlarını qarışdırırlar, düzdür səbirin özündə bir dözümlülük var, amma bu dözmək anlamına gəlməməlidir. Səbirli olmaq da bir neçə cür olur. Bunların hamısını aşağıda izah etmişəm.

Deyilənə görə dünyanın ən səbirli xalqı ingilislərdir, belə bir deyim də var ki, filankəsdə ingilis səbiri var. Bunlar hamısı öz yerində keçək əsas məsələyə:

Deyim ki, küçədə, yolda, marşrutda, metroda və s. yerlərdə gördüyüm insanların çoxu səbirsizdirlər, amma dözümlüdürlər, dözürlər. Marşrutda sürücünün qulaq asdığı hansısa bozbaş mahnıya qoyun kimi başını aşağı salaraq qulaq asırsansa, bu, o demək deyil ki, sən səbirlisən, sadəcə sən dözürsən. Buna etiraz edə bilmirsənsə deməli qoyunsan. Bax buna dözmək deyirlər. Xəstə olub həkimə getməmək də dözmək deməkdir, 90%-dan çoxu pulunun olub olmamasına baxmayraq həkimə öləndə gedir. Bunlar səbirli olmaq deyil, bunları səbirli olmaq sayırsansa demək sən də qoyunsan. Səbirli olmaq həm uzaqgörən olmaqdı, həm ağıllı olmaqdı, həm dərindən düşünmək anlamına gəlir bunları uzatmaq olar, amma dözmək səbirli olmaq deyil. Svetaforda bir-iki dəqiqə gözləyə bilməyənlər səbirsizdirlər, ya da fərqlənmək istəyirlər. Bankomatda növbəsini gözləyə bilməyənlər də səbirsizdirlər, kassadan rayona billet alarkən gözləyə bilməyənlər də səbirsizdirlər, ən əsas məsələlərdən biri isə eskalatorda insanları itələyə-itələyə qaçıb qatara tələsənləri heç başa düşmək olmur, bunlar səbirsiz olmaqla yanaşı həm də ağıldan biraz kəmdirlər, ona görə ki, başa düşmürlər ki, ikimizdə səndə məndə eyni qatarı gözləyəcəyik, hətta qatara minərkən də səbirləri çatmır, qatardan düşənlərdən tez qatara minmək istəyirlər. Çox maraqlıdır ki, bəzən elə səbirlilərimiz çıxır ki, adam mat müəttəl qalır, qız tutmaq təcrübəsi olanlar bu fəsilədəndirlər. Onlar elə səbirlə, təmkinlə, düşünülmüş şəkildə elə qız bişirirlər ki, ingilisin o birinin bu birinin səbiri bunlarınkının yanında yalandı. Belələrinin səbiri ya qız tutmağa yarayır, ya da toaletdə yarım saat vaxt itirməyə. Səbirsizlər siyahısına dərsdə 5 dəqiqə gözləyə bilməyənləri, serialın başlamasına qalmış bir-iki dəqiqəni gözləyə bilməyənləri, 20 qəpiyin qədrini bilərək həm də bilməyərək yol kənarlarında qoyulan kontur yükləmə yerlərində kontur yüklətdirərkən “ gəlmədi? Neçə yüz gəldi? Hələ qutarmır?” deyənləri, xüsusilə də dilənçiləri də (ona görə xüsusilə ki, başqa millətlərdə də dilənçilər var, başlarını aşağı salıb gözləyirlər ki, kimsə pul versin, daha vay-şüvən qoparıb, əl açıb adamın üstünə şığımırlar) aid etmək olar, amma yuxarıda göstərilənlər vaxt keçirmək üçün nəzərdə tutulan nərd oyununu səbir və təmkinlə həm də böyük məharətlə oynayırlar, hətta öz aləmlərində marsa da çıxırlar. Səbirsizliklərini yox etmək üçün çoxları çarəni siqaretdə görsələr də intihar edənlər daha sürətlə artmaqdadırlar. Səbirlilərimiz azdır, amma dözənlərimiz çoxdur. Səbirsizliyi sübut edən bir neçə deyimlərimiz də var: “artıq səbir kasam dolub eee…” kimi heçnəyə yaramayan, səbirsiz olmağa yönəlmiş, təslimçiliyi təbliğ edən deyim buna bir missal ola bilər. Səbirləri bir kasaya sığmayanların yer kürəsinə necə sığması sirrixudadadır. Səbirim tükəndi deyənlər də var. Görünür səbirləri elə tük kimidir, nə yazıq ki, səbirləri tros olanlarımız barmaqla sayılacaq qədər azdır.

Haşiyə: Yuxarıda yazdığım serial mövzusu çox yaralı mövzulardandır. Əyalətlərdə adamlar tanı yıram ki, serialda acığı gələnləri( adətən pis bir rolu oynayanları) pirlərə, şıxlara tapşırırlar, hətt qurban kəsənlər də olur. Bu mövzu çox aktuladır, gərək bu barədə bir post yazam.

Top