“Gallup”* (Qallup) and “Healtways”*-in (Helsveys) birgə hesabatına əsasən, sizin bu suala cavabınız, əslində, sağlamlığınız və rifahınıza qarşı nə dərəcədə diqqətli olduğunuzu göstərir. Gallup tədqiqatlarının icraçısı Dan Witters (Den Vitters) bildirir: “Ümumiyyətlə, diş həkiminə mütəmadi olaraq gedən kəslər istər həyat tərzlərinə dəyər vermə baxımından, istərsə də həkim kontrollarından keçmək baxımından fiziki olaraq daha sağlamdır, nəinki dişləri ilə bağlı şikayətləri olanlar. ”
İştirakçılarını fiziki və mənəvi rifah, maliyə, cəmiyyətdə rol kateqoriyalarına görə qiymətləndirən anket, Gallup-un keçən il 177,000 amerikalı arasında keçirdiyi 55 anketdən biri idi. Bu anketdə Havay sadalanan kateqoriyalar üzrə dərəcələnmənin lideri oldu, Alyaska və Cənubi Dakota isə növbəti sıralarda öz yerlərini aldılar. Siyahının sonuncu yerlərini isə bütün bu sahələr üzrə aşağı göstəricilərə sahib olan Kentucky (Kentaki) və Qərbi Virciniya tutub.
Xalqın rifahının ölçü vahidləri, fərdlərin həmin topluma qarşı fəxr hissi (70% Havaylı) və özünü təhlükəsiz hiss etmə (86% Havaylı) dərəcəsidir. Buna təzad olaraq, Qərbi Virciniyada insanlar daha az fəxarət və təhlükəsizlik hissinə sahibdirlər. Siyahıda ilk sıraları tutan Havay və Kolorado sakinləri isə “Həyatınızda sizi daha sağlam qidalanmağa təşviq edən kimsə var?” və “İstədiyinizi etməniz üçün nə dərəcədə imkana sahibsiniz?” suallarına müsbət cavablar veriblər.
Ancaq maddi rifah hər zaman yüksək maaş mənasına gəlmir. Witters-ə görə, gündəlik həyatda pozitiv və neqativ qarşılaşdığımız hər məfhum əslində gəlirimizlə düz mütənasib hərəkət edir. Ancaq bu ildə elə 75,000 dollara qədər təsirlidir. Yəni, illik gəliri 300,000 dollar olan şəxslər 75,000 dollar olan şəxslərdən daha xoşbəxt deyillər. Analitik həmçinin vurğulayır ki, narahatlıq, stres və qorxu kimi neqativ emosiyalardakı düşüş illik 75,000 dollar qazancı olanlar və digərləri üçün eyni səviyyəyə qədər olur. Anketin nəticəsinə görə, gününün 71%-ni maraqlı işlərə və öyrənməyə sərf edən Vermont xalqı intellektuallıq tələb edən sahələrdə daha öndə olurlar. “Buna görə də qəsəbə universitetində rifah dərəcəsi nisbətən yuxarıdır”, Witters.
Cənub və qərb ölkələri bu siyahının sonlarında yer alırlar. Buna gətirən səbəb isə idmana az vaxtın ayırılması və köklük dərəcəsinin yüksək olmasıdır. Bundan başqa anketdə iştirak edənlər həmçinin evlə təminatın zəifliyindən, təhlükəsizlik sistemi və maliyəvi problemlərdən də bəhs etmişdilər.
Rifah səviyyəsinin yuxarı olduğu ərazilər
Havay
Alyaska
Cənubi Dakota
Maine
Kolorado
Vermont
Arizona
Montana
Minnesota
Teksas
Rifah səviyyəsinin aşağı olduğu ərazilər
Missisipi
Rod Adaları (Rhode İsland)
Luiziana
Alabama
Ohio
Arkanzas
İndiana
Oklahoma
Kentucky
Qərbi Virciniya
- Gallup — 1935-ci ildə Prinstonda qurulmuş və apardığı analizlər ilə şirkətlərlə əməkdaşlıq edərək performans-menecment konsultasiyaları aparan təşkilatdır.
- Healthways — 1981-ci ildə Franklində qurulmuş və insan rifahının yaxşılaşdırılmasına xidmət edən təşkilatdır.
Mənbə: cazibe.info