Fizikanı tədris etmək heç də asan deyil. Digər təbiət elmləri kimi yalnız düz və səhv cavabları ehtiva edən fizika şagirdlərdə diskomfort və qorxu hissi yaradır. Bu hissləri aradan qaldırmağa kömək olmaq, şagirdlərinizdə fizika öyrənməyə marağı artırmaq üçün sizə on üsul təqdim edirik.
Şagirdlərinizin bacarıqlarına inanın
Henri Ford deyirdi: “Əgər siz nəyəsə qadir olduğunuzu düşünürsünüzsə, siz haqlısınız. Əgər siz düşünürsünüz ki, sizdə heç nə alınmayacaq, siz yenə də haqlısınız”. Bununla o, məqsədə çatmaqda özünəinamın vacibliyini nəzərdə tuturdu. Bu, həm də başqalarının fikrindən asılılığımızla bağlıdır.
Özünəinamı aşağı olan şagirdlər müəllimin onun haqqında nə fikirləşdiyinə xüsusi həssaslıqla yanaşırlar. Eynşteyn və Nyuton kimi dahi fiziklərin ilk zamanlardakı uğursuzluqları barədə onlara məlumat vermək faydalı ola bilər.
Amma ehtiyatlı olun: kiminsə inamsızlığını vurğulamaqla onda özünəinam aşılamaq o qədər də yaxşı üsul deyil. Bunun əvəzinə, onları nəzakətlə və mütəmadi şəkildə fizika sevgisinə istiqamətləndirməyə çalışın.
Əsas mövzuya keçməmişdən əvvəl şagirdlərin şəxsi maraqlarına uyğun real nümunələrdən istifadə etməklə və daha geniş, asanlıqla başa düşülən anlayışlar barədə maraqlı danışmaqla bunu etmək olar.
Şagirdlərə olan güvəninizi ifadə edin
Yuxarıdakı kimi, şagirdlərin qabiliyyətlərinə inamı açıq şəkildə ifadə etmək şagirdləri düzgün istiqamətə yönəlməyə təkan verir. İnsanlar təriflənməyi təcridolunmadan daha üstün tutur. Təcrübələr aparmaq maraqlı olmaqla yanaşı, şagirdin özünəinam hissini yüksəldə bilər, ələlxüsus əgər şagird təcrübənin bir neçə mərhələsini özü ölçüb-biçibsə. Məsələn, çox sadə təcrübələr: maqnit halqaları qələm ətrafında fırlatmaq və ya qapaqsız bir şüşəni su ilə doldurub dondurmaq və buzun daşmasını müşahidə etmək.
Daha çox təşəbbüskarlığa icazə verin
Şagirdlərin önündə təcrübə göstərmək, onlarla birgə işləməkdən fərqlidir. Şagirdlərlə işləyib, sonra işi onlara həvalə edəndə, böyük ehtimalla, onlar nəticələrdən məmnun olacaq və gələcək tapşırıqları həvəslə tamamlayacaqlar. Hətta, ola bilsin ki, bəziləri fizikadan əlavə materiallar axtararaq özləri oxumağa başlasın.
Yadda saxlama
Təkrar vacibdir. Həm də o, həmişə darıxdırıcı olmur. Mnemonik üsullar bir şeyi daha asan yadda saxlamaq üçün istifadə olunan, dil hiylələri və qafiyələrlə öyrənənlərin zehni fəallığını təmin edən əyləncəli priyomlardır.
Öyrənmənin əyləncəli olması
İmpuls anlayışı qarlı təpədən aşağı sürüşmə sürəti kimi şagirdlərə təqdim olunsa, onlar buna daha çox maraq göstərəcəklər.
Uyğun ev tapşırıqları verin
Həm ev tapşırıqlarının miqdarına, həm də məzmununa nəzarət edilməlidir, çünki şagirdlərin mübahisə etməmələri və ya səssiz qalmaları öyrənmə çətinliyinin göstəriciləridir. Şagirdlər hələ qravitasiyanı təsəvvür etmədikləri halda, onlardan Fermi qabarcıqlarının səbəbini izah etməyi tələb etmək düzgün deyil.
Şagirdlərlə fərdi məşğul olun
İnsanların çoxu özünü kütlənin bir hissəsi kimi deyil, fərd kimi hiss etməyi daha üstün tutur. Birbaşa tapşırıq və ya öyrədilənlərdən kənar hansısa bir fərziyyə haqqında şagirdlərlə təkbətək danışmaq onları daha geniş sferalarda oxumağa həvəsləndirir. Hər ikisi şagirdin həyatını dəyişdirmək gücündədir.
Valideynlərlə əlaqə saxlayın
Uşaqlarına dərslərində kömək etməkdə laqeyd görünən valideynlər, ola bilər ki, sadəcə necə kömək edəcəklərini bilmirlər. Övladlarının inkişafı ilə bağlı valideynlərlə davamlı olaraq qurulan əlaqə çətinliklərin həll olunmasına kömək edə bilər.
Şagirdlərin dəftər və qovluqlarının vəziyyətinə nəzarət edin
Əgər bir şagird qovluqlarını qaydasında saxlamağı bacarmırsa, xüsusi həvəslə hazırladığı tapşırıqları digər kağızların içində itirə bilər. Qeydləri və sinif tapşırıqlarını bəhslər üzrə ayırması, elektrik və maqnetikliyi külək enerjisindən ayırmağa kömək edəcəkdir.
“Bütöv beyin” yanaşmasını təcrübədən keçirin
“Bütöv beyin” innovativ bir öyrətmə metodudur. Burada müəllim hər hansı anlayışı şagirdlərə izah etdikdən sonra şagirdlər bir-birlərini öyrədirlər. Əgər şagird elliptik orbitlər haqqında kifayət qədər məlumatın təfərrüatlarını başqalarına izah edə bilirsə, deməli, yaxşı öyrənib.
Unutmayaq ki, fizika yalnız fizikanı öyrətmir. Bu biliklər şagirdin tənqidi təfəkkürünü inkişaf etdirir.
Müəllif:TİPİİ-nin əməkdaşı Nərgiz Kərimova
Mənbə: tipii.edu.az