Kleopatra-nın həyatından inanılmaz faktlar

Kleopatra-nın həyatından inanılmaz faktlar

Kleopatra Helenistik Misirin son kraliçası, güclü qadın, bütün dünyada məşhur şəxsiyyət, şairə, əczaçı və tədqiqatçıdır.
Bugünkü günə qədər onun həyat, sevgi və faciəvi vəfat tarixi sona qədər məlum deyil. İki min ildən çoxdur ki, Kleopatranın obrazı sirlərlə bəzədilib. Lakin buna baxmayaraq qədim və müasir tarixçilər eyni fikrə gəlirlər: misir kraliçası ağıllı, hökmlü, cazibədar, cəsarətli bir qadın idi. O, yeddi dildə danışırdı, fəlsəfə üzrə, ölçü vahidləri, sikkə sistemi və həmçinin saç düzümləri və kosmetika haqqında kitabların müəllifi olub.
Kleopatranın həyatından inanılmaz faktlar
Kleopatra əsrlər boyu yalnız öz siyasi fəaliyyəti və Misiri romalılardan xilas etmək cəhdləri ilə şöhrət tapmayıb. Misir kraliçası Yuli Sezar ilə sevgi münasibəti və roma sərkərdəsi Mark Antoni ilə dramatik sevgi tarixçəsi ilə də məşhurdu. Məhz bu tarixi faktlar bir çox filmlərin və ədəbiyyat əsərlərinin əsasına daxil olublar.
Kleopatra olduqca zəngin  və rəngarəng həyat yaşayıb və b. e. ə. 30-cu ilin 12 avqustunda vəfat edib. O, Aksium ətrafındakı döyüşdə məğlubiyyət yaşadıqdan sonra özünü ilan zəhəri ilə zəhərləmişdi.
Bu məqalədə biz sizə Kleopatranın həyatından maraqlı faktlar tqdim edirik:
1. 18 yaşında olarkən Kleopatra öz 9 yaşlı qardaşı XII Ptolemey ilə ailə həyatı qurur. Çünki Ptolemey adətinə görə qadın tək hökmranlıq edə bilməzdi.
2. Öz kiçik qardaşı ilə Kleopatra 4 il ərzində ölkəni idarə edir. Sonra isə XII Ptolemey Kleopatra və onun tərəfdaşı Yuli Sezara qarşı qiyam qaldırır, məğlub olaraq qaçır və Nildə batır.
3. Öz ağlı və cazibədarlığı sayəsində Kleopatra öz dövrünün iki ən məşhur sərkərdələrini – Yuli Sezar və Mark Antonini – özünə aşiq etmişdi. Və bununla Misirə 20 illik müstəqillik təmin etmişdi.
4. Kleopatranın dörd uşağı var idi: Sezariona (Yuli Sezardan), Aleksandra Heliosa, Kleopatra Selena və II Ptolemey Filadelf (Mark Antonidən).
5. Plutarxın dediklərinə görə, Sezarı ram etmək üçün Kleopatra onu ədyala bürüməyə, sonra iplə bağlamağa və Yuliyə gətirməyi əmr etmişdi. Belə etməklə o, özünü Sezara təslim etdiyini demək istəyirmiş.
6. Mark Antoni kraliçanı ilk görüşə dəvət etdiyi zaman Kleoptra bir neçə dəfə onun təklifini rədd etmişdi. Həmin vaxt Kleopatra al yelkənləri olan gəmi inşa etdirirdi və sərkərdəni təəcübləndirmək istəyirdi.
7. Kraliçanın bədxərcliyinin həddi yox idi, onun sərvətlərinin isə ucu bucağı yox idi. Məhz buna görə qədim əlkimyaçılar Kleopatranın fəlsəfə daşına sahib olduğunu və metalları qızıla çevirdiyini düşünürdülər.
8.Təbib Halenin sözlərinə əsasən, Kleopatra kosmetologiya ilə maraqlanırdı. O, Sezara saç tökülməsi ilə mübarizə aparmağa kömək edirdi.
9. Tarixi faktlara əsasən, Kleopatra bütün zəhərli  maddələri yığırdı və zindana düşərək məhkumların üzərində müxtəlif tədqiqatlar aparırdı.
10. Aksium ətrafında məğlubiyyətdən sonra Mark Antoni və Kleopatra «Ölülər ittifaqı» yaradırlar və bir yerdə ölməyə and içirlər. B. e. ə. 30-cu ildə Kleopatranın yalan ölüm xəbərini alan Mark Antoni özünü qılınc önünə atır.
11. Versiyalardan birinə əsasən, kraliçanın məzarlığına əlində küpə ilə bir kəndli girir. Həmin küpədə kobra var idi. Məhz həmin kobra kraliçanın vəfatına səbəb olur.
12. Digər versiyaya əsasən isə Kleopatra içi boş olan saç sancağında zəhər saxlayırdı. Və məhz bu zəhəri Kleopatra və onun iki qulluqçusu qəbul edirlər.
13. Tarixçi Kristofer Şeferə əsasən Kleopatra kobranın dişləməsindən deyil, opium və baldıran otu bitkilərinin ölümcül qarışığından vəfat edib. Həmin qarışıq bədəndə iz qoymur.
14. Bir çoxları Kleopatranın gözəl olduğunu hesab edirlər. Lakin tarixçilər əksini düşünürlər. Kembric universitetinin alimləri kraliçanın üzünün modelini düzəltməyə müvəffəq olmuşlar. Kleopatra bugünkü meyarlara görə gözəl sayılmırdı.


Mənbə: cazibe.info
Top