Dünyanın ən qədim təbii incisi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu Dabi kənarında bir adada tapıldı. 8 min il yaşı olan mirvaridən Neolit dövründə zinət əşyası olaraq istifadə olunurdu.
Əbu-Dabinin kənarındakı Marava adasında qazıntılar zamanı 8000 illik təbii mirvari tapıldı. 8 min illik mirvarinin tapılması ərazidə Neolit dövründə də ticarətin olduğunu göstərdi.
Əbu Dabinin kənarındakı Marava adasındakı qazıntıda işləyən arxeoloqlar mirvarinin eramızdan əvvəl 5800 – 5600 illərə aid olduğunu bildirdi. Arxeoloqlar təbii incinin yaşını təyin etmək üçün incinin radiokarbon tarixindən istifadə etdilər. Mütəxəssislər mirvarinin zinət əşyası kimi istifadə edildiyini izah etdilər.
Marava adasında aparılan qazıntılarla çökmüş olan daş konstruksiyalara diqqət verildi. Daş konstruksiyalarında aparılan qazıntılarda seramik, qabıq və daşdan muncuqlar, ox başları ortaya çıxdı.
Marava adasında tapılan 8000 illik təbii mirvari Oktyabrın 30-da Əbu Dabidə açılacaq Luvr Əbu Dabinin “10000 illik lüks” sərgisi çərçivəsində nümayiş etdiriləcək.
Mənbə: topic.az