Atası xərçəng xəstəliyindən vəfat edəndə Yakub Hijazinin 19 yaşı vardı. Livandan mühacir olan atasından ona qalan iflasın bir addımlığındakı çamaşırxana olur. Gənc sahibkar atasının biznesini yenidən “ayağa qaldırmaq” üçün təhsilini yarımçıq qoyur.
“Mən atamın adına xələl gəlməsinə yol verə bilməzdim. İflasa uğradınsa artıq nüfuzun da itmiş olur” deyə, artıq 27 yaşında olan Yakub Hijazi bildirir. O, Star Laundry şirkətinin prezidentidir. Şirkət Nyu-Cersi ştatında, Paterson şəhərciyində yerlışir. Atası rəhmətə gedəndən sonra Yakub görür ki, atasının əsasını qoyduğu illik 4 mln. dollar gəlirli camaşırxana və quru təmzləmə iflasa doğru gedir.
O, təhsilini buraxıb həmin Star Laundry şirkətini dirçəltmək qərarına gəlir: “Hətta artıq lazımsız olan gündəliyimi belə tulladım və anama, bir daha universitetə getməyəcəyimi dedim”.
Bu il Forbes-in istehsal və sənaye kateqoriyası üzrə “30 under 30” reytinqinə düşən Hijazi beləcə, atasının mirasını müdafiə edir. Onun camaşırxanası hal-hazırda Conrad New York və W Times Square da daxil olmaqla, Nyu-Yorkun təxminən 800 otelinin 100-ündən çoxu üçün dəsmallar və mələfələrin yuyulmasını təmin edir. Şirkət, şəhərin otellərində istifadə olunan ağların 40%-ə qədərini emal edir və ildə təxminən 70 mln. dollar gəlir əldə edir. Yakubun Nyu-Cersidəki daşınmaz əmlak və Afrikanın Benin dövlətindəki mələfə istehsalı kimi digər aktivlərini də nəzərə alsaq, biznesinin illik mənfəəti 120 mln. dollara yaxın olmuş olur.
Nyu-Yorkda camaşırxana – amansız rəqabətli biznes: yarım kiloqram mələfəyə görə qiymətlər 30-45 sent arasında dəyişir. Sahibkarlar bazarı zəbt etmək üçün çox vaxt süni qiymət azaldılmasına əl atırlar ki, bu da bəzən iflasla nəticələnir.
Hijazi, gecə saat 03:30 şəxsən sifarişləri qəbul etməklə və həm otellərlə razılıq əldə etmək, həm də mənfəəti qoruyub saxlamaq üçün orta qiymətlər qoymaqla müştəriləri heyrətləndirib. “Bizim keyfiyyətli olmağımız rəqabət üstünlüyümüzdür. Buna görə də bizim satış menecerlərimiz yoxdur”.
Star Laundry şirkəti eyni zamanda bir neçə otelin mələfələrini yuya bilir. Bu, onun paltaryuyan maşınlarının müxtəlif bölmələrdən ibarət olması və kompüterlə idarə edilməsi sayəsində ola bilir.
Hijazi uşaqlıqda vaxtını atasının camaşırxanasında keçirsə də heç vaxt orada işləməyi ağlına gətirməyib: “Atamsa ora gəlməyimi heç istəmirdi də”. Yakubun atası 17 yaşında Livandan Nyu-Yorka mühacirət edib və aralarında Star Deli də olmaqla bir neçə restoran açıb. Bundan sonra o, peşəkar şəkildə yuyuculuq işləri ilə məşğul olmağa başlayıb. Nyu-Cersidə işçi gücü ucuz, peşə tələbləri isə daha yumşaq olduğu üçün Yusif Bruklindən bura gəlir.
Atasının ölümündən sonra sükanı öz əlinə alan Yakub çox şeylə qarşılaşır: “19 yaşın olanda səni heç kim dinləmir”. Pul azlığı, bələdiyyəyə borclar, vergi borcları və əməyin müdafiəsi Federal idarəçiliyin cərimələri kimi problemlərlə üzləşməli olur. Hijazi bütün borclarını ödəmək üçün 300 000 dollar borc götürür, çox uğurlu quru təmizləmə şirkətini bağlayır və təhlükəsizlik texnikası üzrə mütəxəssis tutur ki, bu sahədəki problemləri həll etsin.
2012-ci ildə DoubleTree ilə müqavilə bağlanır, sonra isə digər otellərə keçir. Yakub deyir: “ O vaxt otellər qənaətə can atmaqla dəhşətli bir xidmət əldə etdiklərini anladılar”.
Park Central və WestHouse otellərini idarə edən, mehmanxana sənayesinin təcrübəli top-meneceri Donn Freyzer 2016-cı ildə Star Laundry ilə razılıq imzalayır və buna əsasən ildə 2,5 milyon kq.-a yaxın mələfə yuyulacaqdı. Freyzer deyir: “ Otellər seçimində o çox ehtiyatlı idi”. Hijazinin camaşırxanası Nyu-Cersidə yerləşir, amma o, Manhettenin ən iri və tanınmış lüks otelləri ilə iş aparır. Bu, ona qiymət təzyiqindən qorunmaqda və yuyulmuş ağların effektiv çatdırılma marşrutlarını təşkil etməkdə yardımçı olub.
Saatlarla uzun iş prosesi öz nəticəsini göstərir. Artıq Hijazi Star Laundry-ni satmaqla bağlı danışıqlar aparır. Təfərrüatların müzakirəsindən imtina edib, amma Forbes belə hesab edir ki, onun şirkətinin qiyməti 150 mln. dollardan az olmaz. “Mənim ən dəhşətli qorxum atamın əsasını qoyduğu bir şeyi satmaqdır. Bu, emosional bir qorxudur”.
Mənbə: fins.az