İşverənlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mümkündürmü? Bəli, mümkündür - bunun üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır.
CV nədir
CV - qısa şəkildə karyera tarixçəsini və iş axtaranın professional keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişilə personalın seçilməsi və işə götürülməsilə məşğul olan vasitəçi firmalara verilir.
CV nə üçün lazımdır CV reklam xarakteri daşıyır. Onun mahiyyəti - işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi - bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır. CV, bir çox dövlət idarələri və müəssisələrində istifadə olunan tərcümeyi-halın analoqudur. Tərcümeyi-halda, eyni CV-də olduğu kimi, qısa şəkildə həyat yolu təsvir edilir. Lakin CV-dən fərqli olaraq, tərcümeyi-hal sərbəst şəkildə tərtib olunur və adətən əllə yazılır. Bundan başqa, əksər hallarda tərcümeyi-hal işçi tərəfindən bilavasitə işə düzələrkən yazılır. 1. Hətta iş vakansiyası olmadıqda, işverən, rezümenizi bəyənərsə, sizi gələcək planları üçün nəzərdə saxlaya bilər; CV üçün standart bir form yoxdur. Nümunə CV forması kimi hazır CV forması 1 və CV nümunəsi 2 baxmaq olar. CV aşağıdakı tələblərə cavab verməlidir: CV necə yazmaq üçün ən yaxşı mənbə kimi necə CV (tərcümeyi-hal) yazmaq oxumaq məsləhət görülür.
CV ilə tərcümeyi-halın fərqi nədədir
İş axtaran üçün CV-nin müsbət cəhətləri
2. Hal-hazırda pretendent varsa, işverən fikrini dəyişə də bilər. Lakin istisna olunmur ki, görüş zamanı o sizi heç dinləməsin.
CV forması
Aşağıdakı ardıcıllığı tövsiyyə etmək olar:
1. Başlıq əvəzinə adınızı, soyadınızı, atanızın adını yazın (adətən "CV" başlığından istifadə olunmur)
2. Ünvan
3. Telefon
4. Anadan olma tarixi və doğulduğunuz yer
5. Ailə vəziyyəti
6. Məqsəd (axtardığınız iş yerinin və vəzifənin təsviri)
7. İş təcrübəniz (əks-xronoliji ardıcıllıqla, yəni son iş yerindən başlayaraq iş yerlərinin sadalanması. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır)
8. Əlavə məlumat (nailiyyətləriniz, bilikləriniz, qabiliyyətləriniz, hansı xarici dilləri bilirsiniz, kompüterdə işləmək vərdişləri, sürücülük vəsiqəsinin mövcudluğu, ictimai fəaliyyət, şəxsi keyfiyyətlər)
9. CV-nin tərtib olunması tarixi
CV-nin tərtib edilməsi prinsipləri
Yığcamlıq Mətnin həcmi 2 səhifədən çox olmamalıdır. İşverən, çox güman ki, böyük mətni oxumayacaq və təəssüf etmədən zibil səbətinə atacaq.
Məntiq Yalnız işə aid olanları qeyd edin - yersiz detallara və təfsilatlara yol verməyin
Düzgünlük Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın. CV-də göstərdiyiniz informasiya yoxlanıla bilər.
Pozitiv xarakter Calışın, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın. Əgər hər hansı bir informasiyanın xoşa gəlməmək ehtimalı varsa, onu yazmayın.
Ardıcıllıq İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın. İşverən bunu hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirə bilər.
Unikallıq Məhz sizə xas olan keyfiyyətlərdən bəhs edin, sizi digər namizədlərdən fərqləndirən müsbət cəhətləri vurğulayın.
Mükəmməl yazı stili Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin
Gözoxşayan tərtibat Yalnız keyfiyyətli kağızdan və oxunaqlı şriftdən istifadə edin. Mətni məntiqlə yerləşdirin, onu paraqraflara bölün. Mütləq yazdıqlarınızı yoxlayın, mümkün səhvləri düzəldin. CV rahatlıqla oxunmalıdır.
Mənbə kimi "Abituriyent" Hazırlıq Kursunun materiallarından istifadə olunub.