Everest – planetimizin ən yüksək dağ zirvəsidir və onun ən pik nöqtəsi dəniz səviyyəsindən 8848 metr yüksəklikdə yerləşir. Dağ öz adını 19-cu əsrin ortalarında Britaniya Hindistanında geodeziya xidmətinə rəhbərlik etmiş ingilis Con Everestin şərəfinə qəbul etmişdir. Bundan əlavə Everest bir neçə başqa adlara da sahibdir. Məsələn, Tibetdə onu tərcümədə “İlahə-Qarlar anası” mənasını verən Comolunqma, Nepalda Saqarmatha (Kainatin anası) adlandırılır.
Zirvənin hündürlüyünün ilk ölçülməsi 1856-cı ilə aiddir. Bu zaman onun hündürlüyü 29 000 funta bərabər olur.
20-ci əsrin sonlarında Everest-in hündürlüyü müasir texnika vasitəsilə ilə ölçülür. Bu zaman onun hündürlüyünün əvvəllər təyin edilən hündürlükdən 25 metr daha yüksək olduğu aşkar edilir. Lakin bu məlumatlar rəsmi olaraq tanınmır.
Everest zirvəsini ilk fəth edənlər isə Yeni Zellandiyalı alpinist Edmund Hillari və Tenzing Norgey olur. Onlar 1953-cü il 29 may tarixində zirvəyə qalxırlar və burada 15 dəqiqə keçirirlər. Hillari öz yol yoldaşının şəklini Everest zirvəsində çəkir. Yeni Zellandiyalının isə bu zirvədə qeydə alınmış heç bir şəkli yoxdur. Çünki onun yoldaşı fotoaparatdan istifadə etməyi bacarmırdı.
Hazırda isə Everestin zirvəsinə qalxmaq hüququ əldə etmək üçün ödəniş etmək lazımdır. Tibet tərəfindən bu icazənin verilməsi üçün isə 20 nəfərlik qrupa 5500 dollar nəzərdə tutulub. Nepalda isə qiymət bir qədər bahadır, yəni 50 000 dollardır. Bundan əlavə, qrupdakı insanların sayı 7 nəfərdən artıq olmamalıdır.
1978-ci ildə alpinistlər Reinhold Messner və Peter Habeler ilk dəfə olaraq oksigen maskası olmadan Everest zirvəsinə qalxmışlar. Everest zirvəsinə qalxan ilk qadın statusuna isə Portlenddən olan amerikalı qadın Steysi Ellison sahibdir. Bu isə 29 sentyabr 1988-ci ildə baş vermişdi.
Müxtəlif məlumatlara görə isə, Everest zirvəsinə edilən yürüşlərdə 150-dən 200-ə qədər insan həlak olub. Alpinistlərin əksəriyyətinin cəsədi isə həlak olduqları yerdəcə qalıb. Bu onların cəsədlərinə qarşı hörmətsizlikdən deyil, çətin təbiət şərtlərindən irəli gəlir.
Yayda zirvədəki temperatur heç vaxt 0 dərəcədən yüksəlmir, qışda isə buradakı temperatur -60 dərəcəyə qədər enir.
Mənbə: BBC Azərbaycan