“Siam əkizləri” ifadəsinin yaranması tailandlı bitişik əkiz qardaşların (Çanq və Enq Bunker (1811-1874) doğum yerilə bağldır.
Qardaşlar 40 ilə yaxın ömürləri boyunca bitişik yaşasalar da ayrılıqda bütün bədən üzvlərinə sahib idilər.
1843-cü ildə Çanq Adelaid Yates, Enq isə onun bacısı Sara Enn ilə evlənmiş. Çanqın 10, Enqin isə 11 uşağı olmuşdu. Qardaşların övladlarının bugünkü davamçılarının sayı min beş yüzə çatır.
Əkizlər həmçinin, Amerika vətəndaşlığına da qəbul edilmişdilər. Darin Strauss onlar haqda kitab, Mark Tven qısa məqalə yazıb, haqlarında dəfələrlə müzikllar yaradılıb və tamaşalar səhnələşdirilib.
1874-cü ildə Çanq pnevmaniyadan dünyasını dəyişir, bir neçə saatdan sonra isə Enq vəfat edir.
Sonralar bitişik doğulan əkizlərə «Siam əkizləri» deyilməyə başlayıb.
Xəyyam AĞA