Nə üçün yəhudilər qara geyinirlər?

Nə üçün yəhudilər qara geyinirlər?

Ortodoks (və ya pravoslav) yəhudilər gün ərzində Tövratın minimum 613 qaydasına əməl etməlidirlər. Təkcə qara şlyapanın 34 növü vardır ki, bu da öz sahibi haqqında hər hansı bir informasiyanın daşıyıcısı hesab olunur. Məlumatlı adamlar — baş örtüyünün formasından, corabının rəngindən anlayır ki, bu adam yerusəlimlidir, hansı admorun həsididir və ya artıq evlidir.

“İncil” dövrlərində yəhudilər olduqca fərqli geyinir, geyimlərinə görə digər xalqlardan seçilirdilər. Yəhudi müdriklərinin fikrincə, İsrail xalqı öz milli geyimlərinə xəyanət etmədiklərinə görə Misirdən çıxarılmışlar. O zamandan bəri yəhudi xalqı bütün dünyaya səpələnmişlər. Dini nümayəndələr qarşılaşarkən, öz qan qardaşlarını qara paltarın xarakterik formasına görə tanıya bilirlər.

Yəhudilərdə dini-milli tələblərə görə, bütün yəhudilərin istifadə etdiyi “alaha” təməli geyim forması mövcuddur. Bu, başın örtülməsində nəzərdə tutulan dördkünc formalı geyim növüdür. Başdan keçirilməsi üçün deşiyi olan dördkünc və hər küncündə qotazın olması, dördkünc bürüncək –“ponço”nun əsas elementləri sayılır. Ümumilikdə bu bürüncək “talit katan” (və ya “arbekanfec”) adlanır və paltarın altından və ya köynəyin üstündən geyinilir. Amma qotazlar mütləq şalvarın üstündən atılmalıdır. Geyim, əsasən, ağ yun parçadan hazırlanır, bəzi hallarda qara zolaqlar da qoyulur.

Yəhudilərin ənənəvi kişi geyimi – frak və sürtükdür (uzun ətəkli kişi pencəyi). Frakın cibləri olmur və bütün ənənəvi yəhudi kişi geyimlərində olduğu kimi, sağdan sola düymələnir (qeyri-yəhudi standartlarında qadın paltarları bu cür düymələnir). Frak və sürtükdə arxadan dərin kəsik və kəsiyin sonunda iki düymə olur.



Xalatlar, bir qayda olaraq, xüsusi tədbirlər üçün nəzərdə tutulur. Məsələn, bayramlarda qara ipəkdən tikilmiş qara naxışlı xalat, bayram naharında kiş-xalat, yeşive və ya koylele məşğələləri üçün astarsız və ən ucuz parçadan tikilmiş yeşive-xalat geyinilir. Şabbat və Yom Tov günlərində bir çox həsidlər “bekeçe” adlanan xüsusi qara atlas plaşlar geyinirlər. Həsidlərin geydikləri bütün paltarlar (sürtük, xalat və s.) qara ipək sapla və ya parça ilə toxunmuş kəmərlərlə dartılıb bağlanmalıdır.

Şalvarlar, adətən, qara və adi olurlar, bəzi hallarda isə dizə qədər olan ealb-qoyen şalvarlar. Qısa-gödək şalvarları macar həsidləri geyirlər. Bu şalvarlar dizdən qaytanlarla bağlanılır və altından da “zokn” adlanan qara rəngli qolflar (uzun corablar) geyinilir. Bəzi icmalarda, cəmiyyətlərdə isə bayramlarda və Şabbatda qara qolfları ağlarla əvəz edirlər. Bəzi həsidlər isə şalvarın ayaqlarını qolfun içinə qoyurlar, buna kazak qolfları deyilir (kozak-zokn).

Kaftan parça – qara və ya tünd-göy zolaqlı ağ və ya gümüşü parçadır. Bu parça ancaq Suriyada istehsal olunur və kontrabanda yolu ilə Qüdsə gətirilir. Şabbat və bayram günlərində həsidlər gümüşü rəngli kaftandan tikilmiş paltarlarını qızılı rənglə əvəzləyirlər. Bəzən kaftanların üstündən (Şabbat və bayram günlərində mütləq olmalıdır) qəhvəyi atlasdan tikilmiş, yaxalığı sökülmüş bekeşa atırlar.

Jalə Orucova
Top