George Stinney Jr. ABŞ-da 20-ci əsrdə ölümə məhkum edilən ən gənc insandı. Elektrik stuluna bağlanıb edam edildiyində cəmi 14 yaşı varıydı.
Məhkəmə vaxtı, öldürüləcəyi günə qədər günahsız olduğunu deyib həmişə əlində bir İncil daşıdı. 11 yaşlı Betty və 7 yaşlı Mary adlı qızları öldürməkdə günahlandırılırdı. Səbəb isə sadəcə onların öldürüldüyü evin yaxınlığında tapılmasıydı.
Məhkəməsindəki bütün jürilər ağdəriliydi. Məhkəmə cəmi 2 saat çəkdi və cəza cəmi 10 dəqiqə sonra verildi. Heç bir tərəddüd edilmədən. Öldürülməzdən öncə George hələ cəmi 14 yaşındaykən valideynlərini görmədən 81 gün keçirtdi. Ailəsiylə təmas qurması qadağan olunmuşdu.
Yaşadığı yerdən 80 km uzaqlıqda, onu müdafiə eləməsi üçün bir vəkil belə təyin olunmadan təmtək qalmışdı. Başına 5380 volt elektrik verildi və əzab içində dünyasını dəyişdi.
Ölümündən 70 il sonra əslində günahsız olduğu Cənubi Karolinadaki bir hakim tərəfindən isbat olundu. İki qızın öldürüldüyü alət 19.07 kiloqramdan daha ağır idi, buna görə də Stinneyin onu qaldıra bilməsi mümkün deyildi, iki qızı öldürəcək qədər sərt vura biləcək gücü də yoxuydu. Uşaq günahsızıydı, sadəcə qaradərili olduğu üçün bütün günahlar üzərinə atıldı və daha 14 yaşında ikən bəlkə də minlərlə gözəllik yaşayacağı o həyatı əlindən alındı.
Stephen King Stinneyin hekayəsini eşidəndən sonra çox təsirlənib 1996-cı ildə Green Mile (Yaşıl Yol) kitabını yazır, daha sonra isə hamımızın yaxşı tanıdığı eyniadlı film çəkilir.