Daraq insanların qədim kəşflərindən biridir. Bunu arxeoloji qazıntılar da sübut edir. İlk daraqlar sümük, buynuz və ağacdan hazırlanıb. Şübhəsiz, qadınların ilk kosmetik aləti də məhz daraq olub.
Öz tarixi boyunca daraqlar müxtəlif funksiyalar yerinə yetirirdilər. Şərq qadınlarının ilk daraqları balıq sümüyü olub. Avropada tapılan ilk daraqlar daş dövrünə aid edilir.
Zaman keçdikcə daraqlar varlı insanların fəxr obyektinə çevrildi. Onları qiymətli metallardan, fil sümüyündən hazırlayıb, üzərini daş-qaşlarla bəzəyirdilər. Orta əsrlərdə daraqların üzərində mələklər, mifoloji heyvanlar təsvir olunurdu. Zaman keçdikcə xüsusi daraq ustaları meydana gəlirdi. Bir usta gündə 10-15 daraq hazırlaya bilirdi.
Bu dövrdə daraqlar daha çox ağacdan hazırlanırdı.1862-ci ildə plastmasın ixtirası ilə daraqlar hamının gündəlik alətinə çevrildi. Həm varlı, həm də kasıblar artıq daraqdan istifadə edə bilirdilər.