Yanğınsöndürənlərin uniforması 1200 °С-dək istiliyə dözümlüdür. Bu uniforma konsentratlı turşuları və alkalisləri hopdurmayan materialdan hazırlanır. Onun ağırlığı isə 5-30 kiloqram təşkil edir.
Yanğınsöndürənlər oksigen maskasından istifadə etdiyi üçün təhlükəsizlik qaydalarına əsasən üzlərində saqqalın və pirsinqlərin olması qəti qadağandır. Filmlərdə yanğınsöndürənlərin insanların səsini eşidərək, köməklərinə çatdığını görürük. Daha sonra onlar dərhal maskalarını çıxarır və zərərçəkmiş insana verir.
Bu həqiqətdən uzaq bir haldır. Qatı buxardan dolayı onlar heç nə görmür, alovun səsi isə digər səsləri üstələyir. Maskanı çıxarmaq qəti qadağandır. Maskanı çıxardığı halda yanğınsöndürən boğula bilər.
XIX əsrin əvvəllərində Molly Villiams kişilərlə birlikdə yanğın söndürüb və tarixə ilk yanğınsöndürən qadın kimi düşüb. Bu hadisə qadın briqadalarının yaranmasına təkan olub.
Yanğınsöndürənlər yanğın söndürməklə yanaşı, həm də bir çox hadisələr zamanı köməyə gəlirlər — subasma, zəlzələ, terror aktları, heyvanlar dara düşdükdə və s. Bundan əlavə, onlar su təsisatçıları, elektrikçilər, mexaniklər, psixoloqlar və hətta tibb işçiləridir.
azertag.az