Jan-Bedel Bokassa və onun özünəməxsus tacqoyma mərasimi

Jan-Bedel Bokassa və onun özünəməxsus tacqoyma mərasimi

Mərkəzi Afrika Respublikasının prezidenti Jan-Bedel Bokassa 1966-cı ildə hakimiyyəti ələ keçirir. Növbəti il o ölkənin minlərlə vətəndaşını repressiyaya məruz qoyur, dantistləri qadağan edir və özünü dövlətin əbədi rəhbəri elan edir. Lakin bu ona azlıq təşkil edirdi.

Bokassa 1976-cı ildə özünü İmperator elan edir. Onun tacqoyma mərasiminin hazırlıqları 1 il tələb edir. Məraminin xərcləri isə milyard dolları geridə qoyurdu. Bu vəsaitin böyük bir hissəsi isə əhalidən və əcnəbi şirkətlərdən müsadirə edilmişdi. Tacqoyma mərasiminə bütün ölkələrin rəhbərləri dəvət olunsalar da, onlardan heç biri gəlməmiş, bəziləri hətta öz səfirlərini belə göndərməmişdi.



4 dekabr 1976-cı ildə Bokassa İmperator I Bokasso oldu, Mərkəzi Afrika Respublikası isə Mərkəzi Afrika İmperiyası adını qazandı. İmperiya cəmi 3 ildən sonra öz mövcudluğunu dayandırmalı olur.

Bokassa Fransanın xüyusi təyinatlı qüvvələri tərəfindən devrilir. İmperator bütün dünyada elə də müsbət nüfuza malik deyildi və hətta hannibalizmdə şübhəli bilinirdi. Belə bir insanla dostluq etmək Fransanın nüfuzuna xələl gətirirdi. Uzun müddət Bokassanı dəstəkləyən prezident Valery Giscard d’Estaing son nəticədə çılğın və ekssentrik diktatortan canını qurtarmaq qərarına gəlir.
Top