Bütün dövrlərin ən qaniçən qatili

Bütün dövrlərin ən qaniçən qatili

Bütün dövrlərin ən qəddar və qaniçən insanı qadın olub! Qətllər ona inanılmaz zövq qazandırırdı. Bu qadın yüzlərlə insanı birbaşa olaraq, öz əli ilə qətlə yetirmiş və “Ən məşhur ardıcıl qətllər törədən qatil” olaraq Ginnesin rekordlar kitabına daxil edilmişdir. Bu qadının adı isə qrafinya Yelizaveta Batori (1560-1614) idi.

O uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Bununla yanaşı, öz ağlı, üç dil bilməsi ilə seçilirdi. O Macarıstanın ən təhsilli gəlinlərindən biri idi. Yelizaveta hələ uşaq olarkən qulluqçusunu yarı can hala salana qədər döymüşdü. Hər şeylə maraqlanan Yelizaveta böyüdükdə “bunun böyük insanlarla necə baş verdiyini” yoxlamaq qərarına gəlir.

O 14 yaşında lakeydən uşaq dünyaya gətirir. Lakin tezliklə lakey və uşaq izsiz şəkildə yoxa çıxır, “rüsvay olmuş” Yelizavetanı isə tez bir zamanda əsirlərin qəddar şəkildə edam edilməsi üzrə məşhur olan general Ferençə ərə verirlər.

Generalın həyat yoldaşı olan Yelizaveta ailə həyatının elə ilk günündən öz qulluqçularına işgəncə verməyə başlayır. Bununla yanaşı, o işgəncə üçün yalnızca gənc qızları seçirdi. Ola bilsin ki, Yelizaveta onların gözəlliklərinə həsəd aparırdı. Çünki bəzi araşdırmalar onun qeyri-ənənəvi cinsi orientasiyaya sahib olduğunu sübut edir.

Yelizavetanın istifadə etdiyi işgəncə üsulları isə dırnağın altına, dodaqların kənarına və sinəyə mismar çalmaq idi. Yayda isə o bala batırdığı gənc qızları qarışqalara yem edirdi. General Ferenç də öz qəddarlığı ilə ad qazansa da, hətta o belə ilk başda həyat yoldaşını bu dəhşətləri dayandırmasına çalışırdı. Lakin Yelizaveta həyat yoldaşı ilə dil tapmağı bacarır və artıq onlar bu işgəncələri birlikdə etməyə başlayırlar. Bu onların ümumi zövqü idi.

Bir dəfə Yelizaveta öz qulluqçusunun üzünə zərbə endirdikdə onun burnundan qan açılır və damcı Yelizavetanın dərisinin üzərinə düşür. Bir müddət keçdikdən sonra o, qan damcısının düşdüyü yerin cavanlaşdığını “aşkar edir”. Bu andan etibarən qrafinya işgəncə ilə qətlə yetirdiyi gənc qızların qanı ilə duş vannası qəbul etməyə başlayır. Bunun üçün isə o yeni işgəncə üsulu kəşf etməli olur. Onun qəsrinin zirzəmisində müasir meyvə sıxacaqlarına analoji işgəncə aləti yaradılmışdı. Bu sıxacaqlardan qan birbaşa olaraq qrafinyanın vannasına gəlib tökülürdü. Onun canını aldığı 650 qurban qrafinyanı “bütün dövrlərin ən qaniçən ardıcıl qətl törədən qatili” adını almasına və Ginnesin rekordlar kitabına daxil olmasına səbəb olub.
Top