Arı gözü | Nissan's Biomimetic Robot

Arı gözü | Nissan's Biomimetic Robot

Məşhur avtomobil istehsalçısı “Nissan”-ın yeni texnologiyası (Nissan's Biomimetic Robot) qəzaların azalmasına hesablanıb. Şirkət, yeni texnologiyada arıların uçarkən digər həşəratlarla toqquşmasının qarşısını alan 300 dərəcə baxış bucağına malik mürəkkəb göz quruluşundan bəhrələnib. 
Nissan's Biomimetic Robot
Tokioda təşkil olunmuş “Ceatec” sərgisində nümayiş etdirilən “BR23C” prototipi 180 dərəcə bucaqda və iki metr kənardakı bütün maneələri təsbit edə bilən sensorla təchiz olunub. Obyektin önünə qəflətən bir maneə çıxdıqda məlumat sistemə ötürülür və təkərlərin istiqaməti ani manevrlə çevrilir. Nissanın hədəfi bu texnologiyanı yaxın gələcəkdə avtomobillərdə tətbiq etməkdir. 

Layihənin mühəndisi Toşiyuki Ando qeyd edib ki, qurğu maneəni təsbit etdikdə saniyədən də az bir müddətdə təkərlərin istiqamətini dəyişir: “Bu, çöl arılarını digər həşəratlarla toqquşmadan yayındıran göz sisteminə bənzəyir. İnnovasiyanın ənənəvi sistemlərdən əsas fərqi odur ki, manevr tamamilə refleks şəklində həyata keçirilir, çünki, robot maneədən qaçmaq üçün kifayət qədər sürətli hərəkət edə bilməz”. 
Nissan arı gözü yeni texnologiyası  
Mənbə: ict.az
Top