Tapança gülləsini ortadan ikiyə böləcək qədər kəskin və davamlı, eyni zamanda bir saç telini ortadan ikiyə böləcək qədər də həssas olan bu qılınc bəlkə də Yapon xalqının dünyaya verdiyi ən möhtəşəm əsərlərdən biridir. Tarixi 10-cu əsr və əvvələ söykənən bu qılınc, Yapon xalqını iftixar, ruhani güc və itaətkarlıqla təmsil etmiş ancaq bir çox insanın qorxulu yuxusu olmuşdur. Tək bir həmlədə insan bədənini ortadan ikiyə ayıran bu qılıncın istehsalı günümüzdə çox az həcmdə aparılır və qiymətləri beş min dollar ilə əlli min dollar arasında dəyişir.
Dünyanın ən iti qılıncı adına sahibdir. Amma Katana qılıncı ilə birlikdə Avropanın düz ağızlı qılıncı da bu yarışın içərisindədir. İki qılıncı müqayisə etdikdə, şübhəsiz, Katana bu yarışı qazanacaq xüsusiyyətdə tək qılıncdır. Tarixə baxanda çox mənbə Yaponların, Avropanın düz ağızlı qılıncını məsxərə etdiklərini yazır.
Şayiələrə görə Katana zenit gülləsini və dəmiri asanlıqla ortadan ikiyə ayıra bilir. Bu şayiə çoxumuza məntiqsiz gəlsə də qılıncın hazırlıq mərhələsini oxuduqca nə qədər əmək sərf edildiyini və incə bir sənətkarlıqla hazırlandığını öyrənib fikirləriniz dəyişəcəkdir. İndi Katana (Samuray Qılıncı) və tarixini araşdıraq.
Yapon qılınc sənəti
Gerçək SamuraylarKatana, 10-cu əsrdə də Yaponiyada yapon döyüşçülərin feodallara qarşı xidmətləri nəticəsində ortaya çıxmış bir qılıncdır. Yalnız samuraylara verilir və samuraylar, Zadəganlar (soylu adamlar) arasından seçilirdi. Təhsilləri uzun illər davam edən Samuraylar üçün qılıncları ruhani bir güc, qürur və şərəf mənasına gəlirdi.
Xarakiri (Seppuku) deyilən bir proses var ki, bu samurayın özünü intihara bilərək və istəyərək aparması idi. Bir samurayın ağasının ölümü, müharibədə məğlubiyyət və Yapon cəmiyyətdə xoş qarşılanmayan səhvləri, bu kimi hallar samurayın Xarakiri etməsi ilə bitərdi. Samuraylar, nəzarətçilərin müşaiəti və dini bir ayinlə Xarakiri edirdilər. Samurayın ölümü şərəfli olub bir bıçaq vasitəsilə qarnını xaç şəklində deşilməsi ilə həyata keçirilərdi. Xarakiri söz mənası olaraq da «qarın deşmək» mənasına gəlir.
Edo Dövründə təkcə Samuraylar qılınc istifadə edir və qılıncdan istifadə edən kəndlilər öldürülürdü. Qılınc ilk hazırlandığı vaxtlarda qılıncın itiliyini sınamaq məqsədli günahkarların günah dərəcələrinə görə ya əli, ya ayağı və ya boynu vurulurdu. Bir samuray, düşmənlə döyüşərkən ilk olaraq yay, nizə və ən son Katana qılıncından istifadə edirdi. Katana istifadə etmək düşməninə «səni öldürmək istəyirəm» demək idi.
Katana qıvraqlıq və çeviklik istəyən bir qılınc olub sürətli və qəti ölüm gətirən bir silah hesab olunurdu. Kaşima Məbədində hazırlanan qılınclar bir müddət sonra Yaponiyanın hər yerinə yayılmış və inkişaf etdirilmişdir. Daha sonra Yaponiyada çıxan vətəndaş müharibəsi, qılıncların etibarlarını və nüfuzlarını itirmələrinə səbəb olmuşdur. Bir anda yaranan silahlanma ehtiyacı ilə bəsit hazırlanan qılınclar düzəldilmişdir. Bir ara piratları əngəlləmək üçün Ming Xanədanına yüz mindən artıq qılınc satılmışdır. Zamanla inkişaf edən texnologiyalarla Samuraylar odlu silahlarla qarşılaşmış və bu onlara çox zərər vermişdir. Sülh vaxtı gələndə yenə də qılınc üçün yeni layihələr və formullar hazırlanmış və o dövrlərin gəlmiş keçmiş ən yaxşı qılıncları sülh dövründə, yəni Momoyama dövründə hazırlanmışdır. Zamanla qədim qılınclar təsirini itirdikdə bu qılınclara Şinto, daha qədimlərə Koto (Qədim qılınclar) deyilmişdir. Amma bir dövr var ki, bu dövrdə Yaponiyada çox uzun illər heç kəs odlu silah görməmişdir. O dövrün güclüləri barıt və odlu silahları qadağan etmişlər. Bu dövr 18-ci əsrin tamamı kimi bilinir. 19-cu əsrin əvvəllərində təkrar səs salan qılınc istehsalı qədim qılıncların necə düzəldilyinin öyrənilməsi ilə təkrar köhnə əhəmiyyətini qazanmışdır. Bu dövrdə düzəldilən qılınclara Şinşinto (yeni) adını vermişlər.
19-cu əsrin sonlarına gələndə artıq Yaponiya xarici aləmlə tanış olmuş və Meydzi İnqilabının başlaması ilə birlikdə Yaponiya böyük bir texnologiyaya sahib olmuşdur. 20-ci əsrə gəldiyimiz zaman yeni qılınclar istehsal olunmuşdur. Gunto adı verilən bu qılınclar keyfiyyətsiz olub seriya nömrəli qılınclardır. Bir müddət sonra Samuraylar xaricində hər kəs Katana istifadə etməyə başlayanda polis də katana istifadə etmək məcburiyyətində qalmışdır.
Standart poladdan düzəldilən metal relyefləri olan saplı «sukara» ya oxşar bir qılınc kimi istehsal edilmişdir. Gassan Sadakazu və Gassan Sadakatsu adlı ustalar bu dövrdə ən yaxşı qılıncları hazırlamış və möhtəşəm şagirdlər yetişdirmişlər. 1934-ci ildə Yaponiya, ordusunu Şin-Gunto (Yeni Ordu Qılıncı) ilə təchiz olunmuşdur. Bu illərdə (Şəkil: Kantana 94) Katana və bir çox əl işi Şinto düzəldilmiş və 2-ci dünya müharibəsində istifadə edilmişdir. ABŞ işğalı sonrasında Katana istehsalı qadağan olunmuş və gerçək Katana istehsal etmək ancaq polis icazəsi ilə mümkün ola bilmişdir. Daha sonra bir neçə dəyərli ustanın səlahiyyətli şəxslərlə apardığı danışıqlar nəticəsində Gunto sinfi məhv edilərək təkrar dəyərli və həqiqi olan kəskin Katana istehsal edilməyə davam etdirilmişdir. Bu istehsal artıq hər kəsin Katana sahibi olmasına imkan verib və bu səbəbdən çox ucuz satılan Katana qılınclarının bir çoxu oğurlanmışdır. 1958-də ordulara baxdığımızda Yapon silahlarının bir çoxu (Gunto, Katana, Konto, Şinto, Şinşinto) müharibə sonrası ABŞ əsgərlərinin əlinə keçmişdir. Daha sonra qılınclar toplanaraq nəzarətə götürülmüşdür.
Katana qılıncının xüsusiyyətləri
Katana 60 sm-dən uzun bir Yapon silahıdır. Digər bir növü olana «Tachi» isə Katana qılıncından daha uzundur və kəskin qismi yuxarıdadır. Katana qılıncından daha çətin bir sənətkarlığı olmasına baxmayaraq Katana qılıncı qədər yaxşı deyil. Bir də «vakizaşi» deyilən Katana qılıncından daha qısa, ən uzunu 50 sm olan bir qılınc var. Bu qılınc Katana qılıncının alternativi keyfiyyətindədir. Bir samuray əgər ki, Katana qılıncını istifadə edəcək vəziyyətdə deyilsə Vakizaşiyi istifadə edərdi. Samuray bu qılıncı yan tərəfindəki qınında daşıyardı. Hazırda Yaponiyanın Cənub-qərbindəki bəzi yerlərdə Katana istehsalı üçün mükəmməl cövhərlər var. «Tatara» adı verilən son ənənəvi sobada, «Akira» adındakı son tatara ustası ixtisasını hələ də davam etdirir
Katana qılıncının hazırlıq mərhələləri
İndi bu mükəmməl qılıncın istehsal mərhələlərindən qısaca bəhs edək. Odun kömürü, karbon və dəmir qumu birləşdirilir. İçərisində olan bu tünd maddələr 3 gün 3 gecə əridilir. 36 saat ərzində 26 ton saf dəmir və odun istifadə edilir. Məqsəd isə «tamagahane» deyilən dəmiri ortaya çıxarmaqdır. 1000 selsidə qızdırıldıqda sərt və yumşaq dəmir metal şəklini alır. Bu qılıncın karbon tarazlığını təmin etmək üçün eyni miqdarda karbon yayılır. İki metal element olan saf polad və saf dəmirdən hazırlanır. Saf dəmir kəskin bir uc üçün istifadə edilməyəcəyi üçün saf polad qılıncın ucu üçün istifadə edilir. İçərisində olan sulfid, dəmir və karbon qarışığı qılınca elastiklik və sərtlik verir. Qılıncı hazırlanmağa başlamazdan əvvəl dualar edilir. 3 aydan çox davam edən bu qılınc hazırlanarkən dəmir parçaları odda əridilir və paslanmaması üçün nəmli kağız parçasının üzərinə yerləşdirilib sonra kağızın üzərinə gil və kül sürtülür. Buradakı məqsəd paslanma və kəskinliyini itirməsinə mane olmaqdır. Qatlama prosesi dediyimiz prosesdə üst-üstə qoyulan dəmirlər qatlanaraq bir çox dəfə döyülür və ardıcıl «buda cihada» adı verilən qılıncın xarici hissələrini ərsəyə gətirir. Sonra gil-kömür qarışığı səth hissəsinə sürtülür.
Katana qılıncının nə keyfiyyətdə olduğunu öyrənməyin vaxtı çatmışdır. Katana, orta səviyyədə bir alovda bir dəqiqə kimi bir müddətdə saxlanılır və dərhal suya batırılır. Sonra kənarına sürtülən kül və gil qarışığı ucda daha incə və ortada daha qalındır. Bunun səbəbi incə sürtülən hissə daha çevik olmalı və qalın hissə daha sərt olmalıdır. Son mərhələ lakdır. Hər bir Katana üçün xüsusi daşlar mövcuddur. 10 gün müddətin lak əməliyyatından sonra ən çətin və ən riskli lak olan «jizuya daşı» istifadə edilir. Bu daş düyü dənələri kimidir. Ən son olaraq uc hissədə ağarma prosesi həyata keçirilir və katana qılıncı tamamlanmış olur.
Kamil Adgözəlli