Böyük partlayış haqqında 5 məlumat

Böyük partlayış haqqında 5 məlumat

Astronomlar Edvin Habbl və Milton Humason, 20.yüzyılın əvvəllərində qalaktikaların Süd Yolundan uzaqlaşmaqda olduqlarını kəşf etdi. Əslində vəziyyət belə idi: Hər qalaktika, bütün digər qalaktikalardan uzaqlaşırdı ki, bu da kainatın bütövlükdə genişlənməkdə olduğu mənasına gəlirdi. O halda keçmişdə, bütün kainat çox kiçik, isti və sıx olmalı idi.

Böyük Partlama modeli kimi tanınan bu tərif, təxminən yüz ildir ki, yeni kəşflərə və rəqib nəzəriyyələrə qarşı ayaqda qaldı. Bəs nədir bu “Böyük Partlayış” hadisəsi?


1. Böyük Partlayış hər yerdə eyni anda oldu.
Kainatın mərkəzi və ya kənarları yoxdur və kainatın hər yanı genişlənir. Elə isə, əgər zamanı geri sara bilsək, hər şeyin nə vaxt bir-birinə bitişik olduğunu anlaya bilərdik: 13,8 milyard il əvvəl. Bu anda kainatda gördüyümüz bütün yerlər 13,8 milyard il əvvəl eyni nöqtəni işğal etməkdə olduqlarına görə Böyük Partlayışın yerinden söz edilə bilməz. Hər yerdə eyni anda deyilə bilər yalnız; Çünki o vaxt hər yer, yeganə və eyni bir yer vəziyyətindəydi.

2. Böyük Partlama hər şeyin əsl başlanğıcı demək olmaya bilər.
“Böyük Partlayış” geniş mənalı olaraq universal genişlənməyə və isti erkən kainata işarə edir. Bununla bərabər, bəzən alimlər belə bu termini zamandaki tək bir nöqtəyi təsvir etmək üçün istifadə edir: Hər şeyin tək bir nöqtəyə düşdüyü an. Problem bundadır ki o anı xarakterizə edəcək heç bir fakta və ya nəzəriyyəyə malik deyilik. Başlanğıc tekillik, müşahidə etdiyimiz kainatın başladığı nöqtə olsa da ondan əvvəl başqa bir şeylər var olmuş ola bilər.

İşin çətinliyi buradan qaynaqlanır: Çox isti olan erkən dövrün və tekilliyi izləyən sürətli genişlənmə mərhələsi, Böyük Partlamadan öncə olanlara dair bütün informasiya (ya da hamısına yaxınını) sildi. Fiziklər o zamana aid izləri tapmağın yollarını düşünməyi davam etdirir.

3. Böyük Partlayış nəzəriyyəsi, kainatdakı bütün hidrogenin və heliumun haradan gəldiyini açıqlayır.
1940-cı illərdə Ralf Alpher və Corc Gamow, ilkin mərhələnin (kainatın Böyük Partlayışdan dərhal sonrakı dövrdəki vəziyyətinin) bu anda kainatda olan helium, litium və döteryumun (bir neytronlu hidrogen) dərhal hamısını yaratmaya yetəcək temperaturda və sıxlıqda olduğunu hesabladı. Daha sonra aparılan tədqiqatlar ibtidai hidrogenin mənşəyini açıqladı. Bu proses “Böyük Partlayış nükleosentezi” adlandırılır və nəzəriyyənin ən uğurlu proqnozlarından biridir. Daha ağır elementlər (oksigen, dəmir və uran kimi) ulduzlarda və süpernova partlayışlarında yaranmışdır.

Böyük Partlayışa ən yaxşı dəlil mikrodalğa formasındadır. Başlanğıcda bütün kainat bütövlükdə saf olacaq qədər sıx idi. Amma Böyük Partlayışdan təxminən 380.000 il sonra, genişlənmə hər şeyi bir-birindən uzaqlaşdıraraq kainatı dayazlaşdırdı.

Bu genişlənmədən salınan şüalanma bu gün hələ də mövcuddur və kosmik mikrodalğalı arxa sahə şüalanması kimi tanınır. İlk olaraq 1960-cı illərdə Arno Penzias və Robert Uilson tərəfindən müşahidə olunmuşdur. Bu kəşf, Böyük Partlayış nəzəriyyəsinin kainatın ən yaxşı nəzəriyyəsi olduğunu dəstəklədi.

4. Kainatın başlanğıcı haqqında elmi fikirlər ortaya atan ilk insanlardan biri də bir Katolik keşişi idi.
Dini təhsilinə və işlərinə əlavə olaraq, Jorj Lemetr ümumi nisbilik üzərində işləyən bir fizikçiydi. 1920-li və 30-lu illərdə, erkən kainatın bir sıra şərtlərini ortaya qoymuşdu. Kainatın başlanğıcı üçün istifadə etməyə üstünlük verdiyi metafora “kosmik yumurta” və “qədim atom” idi. Amma bu fikirlər, təəssüf ki, o qədər də nəzərə alınmadı.

5. “Böyük Partlayış” adı qarşı fikirlər tərəfindən qoyulub.
1960-cı qədər, başlanğıcı olan bir kainat ideyası fiziklər arasında mübahisəli vəziyyətdə idi. “Böyük Partlayış” adı da əslən astronom olan Fred Hoyl tərəfindən uydurulmuşdu. Fred Hoyl, kainatın bir başlanğıcı olmadığını müdafiə edən alternativ bir nəzəriyyə müdafiəçilərindən idi. Qarşı olduğu nəzəriyyəyə taxdığı bu qısa ad çox tutuldu və artıq yerləşdi.

Bahaddin Aslanov

Mənbə: Symmetry Magazine, “Five facts about the Big Bang”
Top