20-ci əsrdə velosiped yarışları bütün Avropada böyük populyarlığa sahib idi və elə indi də öz populyarlığını qoruyub saxlayır.
Hər bir kəs Tour De france haqqında az-çox məlumata sahibdir. Lakin Giro d’Italia adlı yarış da onun qədər vacibliyə sahibdir. 1956-cı ildə məhz bu yarışlarda inanılmaz hadisə baş verir. Şəkildə velosiped yarışçısı Fiorensio Mani-ni görürsünüz. Onun ağzında isə velisipedə bağlı olan ip var.
Bir neçə gün davam edən yarışların XII mərhələsində Firensio yıxılır və körpücük sümüyünü sındırır. Lakin o ağrıya məhəl qoymayaraq velosipedini yerdən qaldırır və yarışa davam edir. Hazırki mərhələ başa çatdıqda o yarış xəttindən çəkilməkdən və gips qoydurmaqdan imtina edir. Bunun əvəzində isə ötürücülərin dəyişdirilməsi üçün öz mexanikinin yanına gəlməsini tələb edir. Məhz şəkildə gördüyünüz o ip idamançıya sol əlindən istifadə etməyərək velosipedi idarə etməyə kömək edir. Beləliklə o problemin öhdəsindən gəlir.
16-cı mərhələdə isə o müvazinətini saxlaya bilmir və növbəti dəfə yıxılır. Budur, o yeni bir travma alır. Bu zaman onsuz da sınmış körpücük sümüyü ilə birgə yaranan yeni dözülməz ağrılar idmançının özündən getməsinə səbəb olur. İlk baxışdan Fiorensionun yarışa artıq davam edə bilməyəcəyi anlaşılırdı. Lakin idmançının sahib olduğu qalib gəlmək ambisiyası onu yenidən ayağa qaldırır və finiş xəttinə ikinci olaraq gətirir. Bu zaman o qalib Şarl Goll-dan 3 dəqiqə yarım geri qalmışdı.
Qeyd edək ki, bu yarış turnirin üç qat qalibi olan (1948, 1951 və 1955-ci illər) Fiorensio Mani-nin karyerasında sonuncu yarış olur və o bir daha velosiped sükanını əlinə almır.