1. 4-cü sinfə qədər imtahan yoxdur
Yaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir. Uşaqlara insanlara sayğı, təbiətə və heyvanlara sevgi, hamı ilə nəzakətli davranmağı, avtomobil qaydalarına əməl etmək, ədalət, səxavət, şəfqət, ünsiyyət qurmağın yolları və digər bu kimi müsbət keyfiyyətlər öyrədilir.
2. Akademik il 1 apreldə başlayır
Bir çox məktəb və universitetlərin sentyabrda başlamasına baxmayaraq, Yaponiyada akademik təqvim 1 apreldə, gilas ağaclarının çiçəkləndiyi dövrdə başlayır. Akademik il 3 semestrə bölünür: 1 aprel-20 iyul, 1 sentyabr-26 dekabr, 7 yanvaq-25 mart.
3. Xadimə yoxdur
Yapon məktəblərinin çoxunda xadimə yoxdur. Sinifləri, hətta tualetləri də şagirdlər özləri təmizləyir. Şagirdlər kiçik qruplara ayrılır və vəzifə bölgüsü aparırlar. Yaponiyada uşaqlara hələ kiçik yaşlarından komanda halında işləməyi və bir-birinə yardım etməyi öyrədirlər. Bu vəzifələr uşağın gələcəyi üçün vacib sayılır.
4. Günorta yeməklərini sinifdə yeyirlər
Yapon təhsil sistemi şagirdlərin sağlam və balanslı qidalanmasına da əhəmiyyət verir. Şagirdlərin hər günorta nə yeyəcəyinə isə peşəkarlar qərar verir. Onu da qeyd etmək lazımdır ki, şagirdlər yeməyi sinifdə, həm də müəllimləri ilə birlikdə yeyir.
5. Məktəbdən sonra məşğələ
Yaponiyada şagirdlər dərsdən sonra ya hazırlığa gedir, ya da əlavə məşğələlərə qalır. Bu məktəblərin dərsləri axşamlar keçirilir. Uşaqların axşam saatlarında məktəbdən evə qayıtması Yaponiyada çox normaldır. Ümumilikdə, yapon şagirdlər gündə 8 saat dərs oxuyur.
6. Yapon kalliqrafiyası və poeziya dərsləri
Bu ölkədə klassik məktəb dərslərindən başqa şagirdlərə öz mədəniyyətlərinə və çoxəsrlik ənənələrinə hörmət etmələri də öyrədilir. Məsələn, yapon kalliqrafiyası onlarda vacib dərs sayılır. Xatırladaq ki, kalliqrafiya bambuk çubuğunu mürəkkəbə batırıb düyü kağızına heroqlifik yazmaq sənətinə deyilir. Digər bir dərs isə Yapon poeziya sənəti Haykudur.
7. Demək olar ki, bütün məktəblərdə uniforma məcburidir
Bəzi məktəblərin öz uniformaları olmasına baxmayaraq, məktəblərin çoxunda şagirdlər ənənəvi yapon geyimləri geyinirlər. Kişilər hərbi, qızlar isə dənizçi tərzində geyinir. Uniformaların əsas məqsədi məktəblərdə sosial baryerləri qaldırmaq və uşaqlar arasında varlı-yoxsul təbəqəsinin hiss olunmamasını təmin etməkdir.
8. Məktəbdə iştirak faizi 99.99
Hər kəsin həyatında 1 dəfə də olsa, məktəbdə getmədiyi gün olub. Ancaq yapon şagirdləri dərsdən qalmaq bir yana, dərsə heç vaxt gecikmirlər. Dərsə gecikmək tərbiyəsizlik sayılır.
9. Qəbul imtahanları
Bizdəki kimi Yaponiyada da şagirdlər məktəbi bitirdikdən sonra imtahan verir. Amma onların imtahanları bizimkindən xeyli fərqlənir. Yaponiyada ali təhsil ocaqlarına qəbul balları o qədər yüksəkdir, tələbələrin 76s-i təhsilinə davam etdirir. Universitetlərin istədiyi balı toplamayan tələbələr kəsilir. İmtahana hazırlıq dövrünə isə tələbələr öz aralarında "İmtahan cəhənnəmi" deyir.
10. Universitet illərinə «tətil» deyilir
Yaponiyada imtahan cəhənnəmini keçən tələbələrə qısa tətil verilir. Bu ölkədə universitet insan həyatının ən gözəl dövrü hesab edilir. Ona görə də yaponlar universitet illərinə tətil deyirlər.
publika.az