Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur. Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.
Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.
-Oxuduğunuz ixtisas və Corvinus universiteti barədə məlumat verə bilərsinizmi?
Mən Corvinus universitetində biznesin idarə edilməsi (Business Administration) fakultəsində, bakalavr pilləsində təhsil alıram. Corvinus Universiteti Macarıstanın və Avropanın sayılıb seçilən universitetlərindən biri hesab olunur. Bu universitet iqtisadiyyat və maliyyə ixtisasları üzrə verdiyi təhsilin keyfiyyətinə görə tanınır və bütün dünyada qəbul olunur. Qeyd etmək istərdim ki, bu universitet “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na daxildir və mən də Corvinus universitetində bu dövlət proqramı əsasında təqaüdə layiq görülmüşəm və verilən təqaüdlə aylıq xərclərim tamamilə ödənilir.