Macarıstan hökumətinin təqaüdü ilə kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil

Macarıstan hökumətinin təqaüdü ilə kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil

Macarıstan Kənd Təsərrüfatının İnkişafı Nazirliyi tərəfindən verilən təqaüd proqramı kənd təsərrüfatı sahəsində iki illik magistratura pilləsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüdü Azərbaycan vətəndaşlarının da qazanması mümkündür.

Təhsil dili ingilis dili olacaq və seçilmiş tələbələr 2015-ci ilin sentyabr ayında Macarıstanda oxumağa başlayacaqlar. Təqaüd yalnız magistratura pilləsi üçün və aşağıdakı ixtisaslar üzrə müvafiq ali məktəblərdə təhsili əhatə edir:
— Kənd təsərrüfatının inkişafı və aqrobiznes (Szent István University, Faculty of Economics and Social Sciences);
— Bitkilərin mühafizəsi (University of Pannonia, Georgikon Faculty);
— Heyvanların qidalandırılması və ərzaq təhlükəsizliyi (Kaposvár University).

Təqaüd aşağıdakı xərcləri qarşılayır:
— təhsil haqqı;
— əsas kitablar və tədris materialları;
— yataqxanada qalmaq haqqı;
— tibbi sığorta xərcləri;
— yaşayış xərcləri.

Bu təqaüd proqramını qazanmaq istəyən şəxslər aşağıdakı sənədləri ingilis dilində hazırlayıb 2015-ci il yanvarın 31-nə qədər göndərməlidirlər. Sənədlərin siyahısı və ətraflı məlumatı bu keçiddən oxuya bilərsiniz.
Top