International Business School Budapest (Macarıstan)
The University of Buckingham(Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir.
IBS-də oxumağın üstün cəhətləri:
— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Dünyanın 80-dən çox ölkəsindən 1200-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı; — Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, idman zalı, yeməkxanaya malik olması; — Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi;
— Ali məktəbin
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda olması; — Tələbələrə qayğı ilə yanaşma, problemlərin vaxtında həll olunması, müxtəlif maraqlı və əyləncəli tədbirlərin təşkil olunması;
— Hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı;
— Macarıstanın paytaxtı Budapeştdə qiymətlərin Bakıya nisbətən daha ucuz olması; — Avstriyanın paytaxtı
Vyananın həyat keyfiyyətinə görə dünyada bütün şəhərlər arasında birinci yerdə olması; — Təhsili bitirdikdə Böyük Britaniyanın reytinqində
16-cı yerdə olan universitetin diplomunu almaq;
— Universitetin tələbələrinin təhsil aldıqları zaman və məzun olduqdan sonra
300-dən çox nüfuzlu partnyor şirkətdə (IBM, BMW, Deutche Bank, Vodafone, Sony, PwC və s.) yüksək səviyyəli işlər tapması.
Ali məktəbin əsas korpusu Budapeştdədir, Budapeşt korpusu ilə bərabər Vyanadakı korpusda da təhsil almaq mümkündür.
Budapeşt korpusunda ixtisaslar və təhsil proqramları
Bakalavr — Menecment; — Biznes və diplomatiya; — Biznes və turizm — Maliyyə menecmenti; — İnformasiya sistemləri menecmenti; — Menecment
və xarici dillər (alman, ispan, fransız); — İncəsənət menecmenti; — Psixologiya və menecment.
Magistr proqramları — İnsan resursları menecmenti (Şərqi Avropada 4-cü yer); — Marketinq menecmenti (Şərqi Avropada 6-cı yer); — Maliyyə menecmenti (Şərqi Avropada 8-ci yer); — Beynəlxalq biznes (Şərqi Avropada 12-ci yer).
Dil kursları — 9 aylıq intensiv ingilis dili kursu;
— 2 semestrlik tibbi ingilis dili kursları. Bu kurslarda təhsil almış şəxslər Macarıstanın və digər ölkələrin tibb universitetlərində ingilis dilində asanlıqla təhsil ala biləcəklər. Birinci semestrdə ingilis dili, ikinci semestrdə isə tibb üçün ixtisaslaşmış biologiya, kimya və fizika dərsləri ingilis dilində tədris olunur.
Vyana korpusunda ixtisaslar və təhsil proqramları
Avstriyanın paytaxtı Vyanadakı korpusumuzda aşağıdakı ixtisaslar üzrə yalnız magistr proqramlarında təhsil ala bilərsiniz: — İnsan resursları menecmenti (Şərqi Avropada 4-cü yer); — Marketinq menecmenti (Şərqi Avropada 6-cı yer); — Maliyyə menecmenti (Şərqi Avropada 8-ci yer); — Beynəlxalq biznes (Şərqi Avropada 12-ci yer).
Budapeştdə 4 həftəlik ingilis dilini öyrənmək üçün yay məktəbi təhsil, yemək və qalmaq xərcləri daxil olmaqla cəmi 1550 avrodur.
Digər proqramlarda oxuyan tələbələr bütün xərclərini (təhsil haqqı, sığorta, viza, nəqliyyat, yemək, qalmaq xərcləri və s.) özləri ödəməlidirlər. Ali məktəbdə hər semestrdə təhsil göstəricilərindən asılı olaraq növbəti semestr üçün güzəştlə təhsil alma imkanı mövcuddur.
Təhsil haqları (hər semestr üçün avro ilə)Proqramlar | |
Budapeştdə intensiv ingilis dili proqramı (2 semestr) | 1900 |
Budapeştdə tibbi ingilis dili proqramı (2 semestr) | 2750 |
Budapeştdə bakalavr proqramları (6 semestr) | 3300 |
Budapeştdəki magistr proqramları (2 semestr) | 4350 |
Vyanadakı magistr proqramları (2 semestr) | 5900 |
Avropa Birliyindən olmayan ölkələrin, o cümlədən Azərbaycan Respublikasının vətəndaşları viza və miqrasiya sənədlərinin hazırlanması üçün 900 avro qeydiyyat haqqını ilk ilin təhsil haqqısı ilə birlikdə ödəməlidirlər.
Ali məktəbin
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nda olması səbəbindən burada təhsil alan tələbələrin xərcləri Azərbaycan hökuməti tərəfindən qarşılana bilər. Bu barədə ətraflı məlumat almaq üçün
Təhsil Nazirliyinin müvafiq şöbəsi ilə əlaqə saxlayın.
Bütün proqramlar üzrə sənəd qəbulu başlayıb.
Ali məktəbə qəbul olmaq üçün lazım olan sənədləri [email protected] ünvanına göndərmək lazımdır. Sənədləri göndərmək üçün
son tarix 31 maydır.
Hər proqram üzrə tələb olunan sənədlərin siyahısı:
Bakalavr proqramlarına qəbul üçün:
1. Ərizə formasını
bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Attestatın ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Hələ 11-ci sinifdə oxuyanlar bu sənədin əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
4. Ən azı IELTS 6.0 və ya TOEFL IBT 80 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.
Magistratura proqramlarına qəbul üçün:
1. Ərizə formasını
bu keçiddən yükləyib doldurmaq;
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Bakalavr diplomunun ingilis dilinə rəsmi tərcümə və təsdiq olunmuş surəti. Bakalavrın son ilində olanlar diplomun əvəzinə, müvafiq arayışı ingilis dilinə tərcümə və təsdiq etməlidirlər.
4. Ən azı IELTS 6.5 və ya TOEFL IBT 90 bal ingilis dili sertifikatı. Bu sertifikatlardan heç biri olmayan şəxslər universitet tərəfindən təşkil olunmuş ingilis dili imtahanından keçməlidirlər. İmtahandan keçən şəxslər dərhal birinci kursa başlayırlar, keçə bilməyən şəxslərə isə universitet tərəfindən hazırlıq kursları təşkil olunur.
İngilis dili kursları üçün:
1. Ərizə formasını
bu keçiddən yükləyib doldurmaq.
2. Ümumvətəndaş pasportunun (xarici pasportun) sürəti;
3. Son təhsil sənədinin (bakalavr və ya magistr diplomu, diplom olmadıqda isə hazırki təhsil müəssisəsindən arayışın) ingilis dilinə tərcümə və təsdiq olunmuş surəti
(vacib deyil, amma arzuolunandır);4. İstənilən növ ingilis dili sertifikatı (vacib deyil, amma arzuolunandır).
Ali məktəbə qəbul haqqında ətraflı məlumat əldə etmək üçün əlaqə vasitələri:
Study in Hungary — Azərbaycan
nümayəndəliyi
+994 50 257 11 41 (Bakı)
+36 70 428 46 39 (Budapeşt)
http://instagram.com/study_in_hungary
https://twitter.com/study_hungary
https://www.facebook.com/WhyToStudyInHungary
www.study-hungary.com
[email protected]