Avropa və Amerikanın əksər xarici ölkələrində olduğu kimi, Kanadada ali təhsil 3 pillədən ibarətdir:
Undergraduate (Bachelor's Degree) - bakalavr dərəcəsi verən ilk ali təhsil. Bakalavr proqramı üzrə təhsil müddəti əyalətdən asılı olaraq ən azı 3 il, bəzi fənlərə görə isə - daha çoxdur. 3 ilə bakalavr dərəcəsi verilən əyalətlərdə, tələbələr fərqlənmə diplomu almaq üçün bir il daha oxumalıdırlar. Fərqlənmə diplomu əsas fənn üzrə ixtisaslaşmanın daha yüksək səviyyəsini tələb edir və adətən magitraturaya daxil olmaq üçün lazımdır.
Graduate (Master's Degree) - magistr dərəcəsi verən magistratura. Təhsil müddəti 2 ildir. Magistraturaya diplom işinin və ya dissertasiyanın yazılması və müəyyən fənn üzrə təcrübənin aparılması daxildir.
Postgraduate - doktor dərəcəsi verən aspirantura (istənilən sahədə rəsmi dərəcə - fəlsəfə elmləri doktoru PhD adlanır). Təhsil müddəti - 3 (ən azı) və ya 4 ildir, bir il məktəbdə keçirilməlidir. Əksər hallarda doktoranturaya qəbul olmaq üçün magistr dərəcəsi tələb olunur. Bəzi universitetlər üçün tələbənin fərqlənmə diplomunun olması da kifayətdir.
Daxil olarkən ümumi tələblər
Orta təhsil haqqında attestat;
TOEFL, SAT (bakalavrlar üçün), GRE (magistratura və doktorantura üçün) və ya LSAT (hüquqşüsanlar üçün imtahan) imtahanın verilməsi haqqında sertifikat.
Ərizələrin verilmə müddətləri
Universitetlərdə dərs ili adətən sentyabrdan maya kimi davam edir və 2 semestrə bölünür. Bəzi universitetlər yay ayları daxil olmaqla bir və ya üçsemestrli tədris kursları təklif edir. Bəzi təhsil proqramları tələbələrə yanvarda və ya mayda dərsə başlamağa imkan verir. Ərizələrin qəbul müddəti (təxminən) - yanvar-mart aylarındadır.