Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi və ya qısaca MAU BM (ingiliscə Central European University Business School və ya qısaca CEU BS) - menecerləri inkişaf etdirmək üçün qərb təhsili verən Mərkəzi və Şərqi Avropada ilk təhsil müəssisəsidir. Regionda iqtisadiyyatın dəyişməsini nəzərə alaraq fəaliyyətə başladığı vaxtdan qərb təhsil müəssisələrinə xas inkişaf standartlarını məqsəd seçib. Biznes məktəbin rəsmiləri onu adətən MAU Biznes Məktəbi adlandırır.

Missiyası

MAU Biznes Məktəbinin liderləri inanır ki, dünyada sürətlə dəyişən şəraiti idarəetməyə bacaran menecerlərə ehtiyac var və onların fəaliyyətləri biznes, ictimai və təbii şəraitə əhəmiyyətli dərəcədə təsir edə bilər. Buna görə də bu biznes məktəbin missiyası inkişaf edərək daha qlobal missiyaya çevrildi və inkişaf etməkdə olan iqtisadiyyatlara fokuslandı. Ona görə ki, bu cür iqtisadi sistemlər dünyanın gələcəyinə təsir etmək imkanına malik olan yeni menecerlər tələb edir. Təsadüfi deyil ki, bu biznes məktəbin məzunları dünyanın aparıcı şirkətlərində, beynəlxalq təşkilatlarda, dövlət qurumlarında, yerli və beynəlxalq qeyri-hökumət təşkilatlarında nüfuzlu vəzifələrdə çalışırlar.

Mərkəzi Avropa Universiteti 2011-ci ildən etibarən bu biznes məktəbin hər tələbəsinə düşən məbləğ Oksford və Kembricdəkindən 3 dəfə daha çoxdur. Universitetin proqramları unikal olaraq məhz günün dəyişikliklərini öyrənməyə yönəlib və subsidiyalaşdırılmış aşağı təhsil haqları təklif edir. Təhsil haqlarının aşağı olmasına rəğmən QHT-lərdə çalışmış şəxslərə və Mərkəzi Avropa Universitetinin dərəcə proqramlarından birini bitirmiş şəxslərə güzəştlər edilir, qəbul prosesi zamanı seçilmiş bir neçə namizədlər təhsil haqqından tamamilə azad edilir və onlara xərclərini qarşılamaq üçün aylıq təqaüd verilir.

Akkreditasiyası

Mərkəzi Avropa Universiteti (MAU) Amerikan universiteti kimi akkreditasiyadan keçib və Qəyyumlar Şurası tərəfindən idarə olunur. MAU Biznes Məktəbi təhsil müəssisəsi kimi Macarıstanda Ali Təhsil Akkreditasiya Orqanı tərəfindən də qeydiyyatdan keçib. İnstitusional və proqram akkreditasiyası sənədləri baxımından Mərkəzi Avropa Universiteti ali təhsil müəssisəsi kimi Macarıstanda fəaliyyət göstərir (Ali Təhsil Qeydiyyat Nömrəsi: 00871-2010, İnstitusional Akkreditasiya Nömrəsi ALF-051).

MAU Biznes Məktəbinin MBA proqramları dünyada 3 beynəlxalq səviyyədə tanınmış MBA/Biznes Məktəbi akkreditasiya agentliklərindən biri olan MBA-lar Assosiasiyası (ingiliscə Association of MBAs və ya qısaca AMBA) tərəfindən akkreditasiya olunub.

Proqramları

Dərəcə proqramları:

MAU BM hazırda menecment üzrə üç dərəcə proqramı təklif edir. Onlardan ikisi MBA (əyani və ya qiyabi olmaqla) dərəcəsi, biri isə Beynəlxalq İcraedici MBA (ingiliscə International Executive MBA) dərəcəsi verir.

· Bir illik əyani MBA proqramı hər ilin sentyabrında başlayır, 20-yə yaxın ölkədən tələbələ ilə intensiv 11 aylıq menecment təhsilini əhatə edir. Bu Transmilli MBA kurrikulumu qabaqcıl biznes təhsil yanaşmaları ilə yanaşı tələbələrə sosial, siyasi, etik və ətraf mühitdəki dəyişiklikləri transmilli konteksdə anlamağa kömək edir. Bu proqram özünü dəyişən şəraitdə bu dəyişikliklərin lideri hesab edən şəxslərə sahibkarlıq, marketinq, maliyyə, daşınmaz əmlak menecmenti və s. istiqamətlərdə keyfiyyətli təhsil almağa imkan verir.

· Qiyabi İcraedici MBA (ingiliscə Executive MBA) proqramı eyni kurrikuluma malikdir və həmin yüksək Amerikan keyfiyyəti verir. Bu proqram karyeraya mane olmamaq məqsədi ilə həftə sonları təhsil verir. Bu dərslər hər il fevralda başlayır, hər ikinci həftə sonu keçirilir, cümə günü günortadan sonra başlayır və şənbə günü davam edir.

· 18 aylıq modullu Menecment üzrə Beynəlxalq Magistr İcraedici MBA (ingiliscə International Master's in Management Executive MBA) proqramı dünyanın 4 müxtəlif ən güclü universitetlərinin əməkdaşlığının nəticəsidir:

  1. Purdue Universiteti (ABŞ);
  2. Tilburq Universitetinin NTiasNimbas Biznes Məktəbi (Niderland);
  3. Mərkəvi Avropa Universitetinin Biznes Məktəbi (Macarıstan);
  4. GISMA Biznes Məktəbi (Almaniya).

Bu proqram hər il martda başlayır, öz tamştatlı işlərini saxlamaq istəyən təcrübəli mütəxəssislər üçün nəzərdə tutulub. Proqram beş ədəd iki həftəlik sessiyalardan ibarətdir. Proqram biznes problemlərin həllində analitik yanaşmanı inkişaf etdirir ki, bu da menecerlərə karyeralarını inkişaf etdirməyə kömək edir. Bu proqram "Financial Times 2010 EMBA" reytinqində dünyada "Beynəlxalq Kurs Təcrübəsi" üzrə 1-ci, "Karyera İnkişafı" üzrə 2-ci yerə layiq görülüb.

Digər proqramları

  • MAU Biznes Məktəbi həmçinin həm təşkilatlar, həm də fərdi şəxslər üçün müxtəlif İcraedici Təhsil Proqramları təşkil edir. Biznes Məktəbin portfoliosu ixtisaslaşmış qısa kurslar, treninqlər, modullu istedad idarəetmə proqramları, mini MBA, master klas və konfranslardan ibarətdir.
  • Beynəlxalq Tədris Turları Proqramı dünyanın qabaqcıl məktəblərindən biznes tələbələrini qruplarla Mərkəzi və Şərqi Avropaya bir və ya iki həftəlik regionun biznes şəraitinə aid təlimə gətirir və mədəniyyət proqramı ilə müşayiət olunur.

Qəbul qaydaları

İlk iki MBA dərəcəsinə (bir illik əyani və qiyabi icraedici) qəbul qaydaları oxşardır. MAU Biznes Məktəbinə sənəd verən namizədlərə verilən tələblər:

  • · Tanınmış universitetlərdən birində istənilən sahə üzrə ən azı bakalavr dərəcəsi;
  • · Ali məktəbi bitirdikdən sonra ən azı 3 il iş təcrübəsi;
  • · Yüksək ingilis dili bilikləri (TOEFL və ya ekvivalent imtahanlarla sübut olunmalıdır);
  • · Rəqabətli GMAT və ya GRE balı. Minimum keçid balı olmasa da, bu biznes məktəbə qəbul olan tələbələr əsasən 550-750 arasında bal toplayırlar, əksəriyyəti isə 600-dən yuxarı olur. GMAT yalnız bir neçə qəbul şərtindən biri olduğu üçün yüksək bal qəbul olma şansını daha da artırır.

İstisnalar:

  1. İngilis dili doğma dili olan şəxslərdən və bakalavr dərəcəsini tamamilə ingilis dilində təhsil almış tələbələrdən TOEFL balı tələb olunmur;
  2. Çox təcrübəli biznes mütəxəssislərindən GMAT balı tələb olunmur.

Menecment üzrə Beynəlxalq Magistr İcraedici MBA (ingiliscə International Master's in Management Executive MBA) proqramına qəbul isə fərqli formada aparılır. Əsas tələblər bunlardır:

  • · Qənaətbəxş GMAT balı;
  • · Ən azı "B" ballı GPA (ingiliscə Grade Point Average) göstərən bitirilmiş bakalavr dərəcəsi (və ya ona ekvivalent) transkripti;
  • · Biri iş və ya digər professional təcrübə ilə bağlı olmaq şərti ilə iki tövsiyə məktubu;
  • · Aşağıdakılardan biri üzrə əla göstərici:
  1. PTOE (The Pearson Test of English);
  2. TOEFL (The Test of English as a Foreign Language);
  3. IELTS (The International English Language Testing System);

Praktikada adətən bu xüsusiyyətlərə malik şəxslər proqrama qəbul ola bilirlər:

  • · 4.0 ballıq şkala ilə ən azı 3.0 GPA ilə bitirilmiş bakalavr dərəcəsi;
  • · Ən azı 5 illik iş təcrübəsi;
  • · Hazırda əhəmiyyətli vəzifə tutan;
  • · İki tövsiyyə məktubu olan;
  • · TOEFL elektron versiyada ən azı 213 bal yığan (qeyri-ingilis dilli insanlar üçün);
  • · GMAT balı ən azı 520 olan (testi verənlər üçün).

GMAT vacib meyar deyil, əhəmiyyətli iş təcrübəsi və ya əvvəlki təhsil GMAT imtahanından azad etmə ilə nəticələnə bilər. Buna baxmayaraq GMAT testi vermək tövsiyyə olunur, çünki əla GMAT göstəricisi namizədin proqrama seçilmə şansını artırır. Daha əvvəl GRE (Graduate Record Examination) və ya LSAT (Law School Admission Test) imtahanı verənlər həmin testlər üzrə ballarını GMAT-la əvəzləyə bilərlər. Eləcə də bakalavrdan sonra dərəcə oxumuş şəxslərdən GMAT tələb olunmur.

Mərkəzi Avropa Universitetinin Biznes Məktəbi haqqında ətraflı məlumat Azərbaycandilli Vikipediyada bu keçiddə yerləşdirilib. Biznes Məktəbinin rəsmi internet saytı: http://business.ceu.hu/

(c) Rəşad Mehbaliyev

Top