Hər birimiz yeni doğulan uşaqların nə qədər möhtəşəm və şirin olduqlarının fərqindəyik. Bu şirinliklə yanaşı, onlar heç birimizin sahib olmadığı super-güclərə sahibdirlər.
Ağlaya bilmirlər
Körpələr gün boyu qışqırıb ağlasalar da, gözün damcı yolu bağlı olduğu üçün göz yaşı ifraz edilmir. Körpələrin ağlaması yalnız səs-küydən ibarətdir.
Üzmə bacarığı
Körpələr doğulduqlarından etibarən suya dalmaq refleksinə sahib olurlar. Bunun sayəsində onlar suya girdiklərində nəfəslərini tutmağı bacarır və suyun üzündə qalmaq üçün hərəkətlər edə bilirlər.
Həm udqunub, həm nəfəs ala bilirlər
Uşaqların kiçik dilləri udqunma reflerksini yerinə yetirərkən hava borusu kanallarının qapaqları yaxşı inkişaf etmədiyi üçün eyni zamanda nəfəs alıb-verə bilirlər. Halbuki böyük insan bunu etdikdə boğulur və nəfəs çatışmazlığı yaşayır.
Sonsuz sayda asqıra bilirlər
Uşaqların burun boşluğu yetkin insanlara nisbətən, daha dar quruluşa malik olur. Onlar burun çəkmək bacarığına sahib olmadıqları üçün burun boşluqlarını təmizləmək işi asqırıqla təmin edilir. Buna görə də onlar, rahatlayana qədər, istənilən sayda asqıra bilirlər.
Bir anda yata bilirlər
Çox insan körpələr yatarkən səssiz olmağın lazım olduğunu düşünür. Ancaq körpələr ətrafdakı səslərin nə olduğunu bilmədikləri üçün onların zehni yuxu əsnasında gələn səslərə reaksiya vermir. Buna görə də istədikləri an yata bilirlər.
Doğuşdan vurğu bacarıqları olur
Uşaqlar doğulduqdan etibarən öyrənməyə başlayar. İlk öyrəndikləri isə ətrafdan gələn səslərə uyğunlaşmaqdır. Buna görə də hər uşaq bir tərzdə ağlayır. Yəni ağlamaq refleksi hər uşaqda fərqli vurğu ilə olur.
Anadan olan kimi necə yemək yeyəcəklərini bilirlər
Hər uşaq anasının döşünə doğru hərəkət etmək instinkti ilə doğulur. Elm adamları bu durumu ana südü qoxusunun uşaqlar üçün çox cazibədar olması ilə əlaqələndirir.
Körpələr elastikdir
Körpələr 300 sümüklə dünyaya gəlirlər. Bu sümüklər böyüdükcə birləşərək bir bütün halını alır. Bu birləşmə mərhələsindən öncə isə körpələr olduqca elastik olurlar. Saç rəngləri və formaları, eyni zamanda göz rəngləri də tamamilə dəyişə bilər.
Kilo artırmadan kütlələrinin 3 qatına sahib ola bilirlər
Yeni doğulan körpələr çox sürətli böyüdükləri üçün çəki artırmadan da ağırlıqlarının 3 qatına çata bilirlər.