Bu gün ki günümüzdə 4 mindən çox mineral məlumdur. Demək olar ki, hər il onlarla yeni mineral növü yaranır və bir neçə növü “yox olur”.
Bütün qiymətli daşlar əl ilə emal olunur.
Orta göstəriciyə əsasən, Kolumbiyada bir karat zümrüdün əldə olunması üçün 20 ton torpağın təkrar emal olunması lazımdır.
Almaz – qiymətli daşlar arasında yeganə daşdır ki, yalnız bir kimyəvi element – karbondan ibarətdir.
Mineralların sayı daim azaldığı üçün qiymətli daşların qiyməti də hər zaman artacaq.
Xüsusi bir mineral növü var ki, onu yalnız qarışqa yuvalarının yaxınlığında tapmaq olar. Bu mineralın kristalları yalnızca qarışqa yuvalarının yanından tapılır. Qarışqalar yuvanı düzəldən zaman bu kristalları yuxarı atırlar. Bu qarışqalar ABŞ-da “4 künc” adlandırılan yerdə yaşayırlar.
Bir çoxları səhv olaraq almazın rəngsiz olduğunu hesab edirlər. Əslində isə almazın rəng palitrası istənilən digər qiymətli daşın rəng çalarından çoxdur. Lakin bizim günümüzdə əksər almazlar öz xalis rənglərini əks etdirmirlər. Bir çox daşları süni şəkildə rəngləyirlər. Bu onların nadir olmaları ilə izah olunur.
Moosa şkalası (mineralların sərtlik şkalası) icad edilənə qədər qiymətli daşlar rənglərinə görə müəyyən olunurdu. Beləliklə, bütün yaşıl daşlar zümrüd, qırmızı daşlar isə rubin hesab olunurdu və s.
Əsl zümrüd brilyantdan bahadır.
Rubin və safir eyni şeydir. Onlar arasında yeganə fərq onların rəngindədir.
Əldə edilən almazların 90 faizi sənaye məqsədləri üçün istifadə olunur və yalnızca 10 faizi zərgər piştaxtalarına düşür.
Aleksandrit İmperator II Aleksandrın şərəfinə belə adlandırılıb.
Akvamarin və zümrüd eyni şeydir, lakin müxtəlif kimyəvi elementlərin birləşməsi onlara müxtəlif rəng qazandırır. Xrom zümrüdü yaşıl, aliminum isə akvamarini mavi edir.
Topaz elementi günəş şüası altında solğunlaşır və rəngini itirir. Buna görə də bu elemtdən olan bəzək əşyasını çimərliklərdə taxmaq məsləhət görülmür.
Çəhrayı topaz – bu mineralın ən nadir olan növüdür. Məhz çəhrayı topaz ən çox saxtalaşdırılan mineraldır.
Bəzi minerallar çox təhlükəlidir. Məsələn, çaroit mineralı “mini çernobil” yarada bilər.