Dünya ölkələrinin, xalqların mədəniyyətləri, onların özünəməxsus xüsusiyyətləri və cəhətləri ilə müəyyən qədər tanışsız. Ölkələri bir-birindən ayıran əsas nüanslardan biri də müxtəlif dillərdə danışmalarıdır. Belə ki, hər bir ölkənin özünəməxsus dili var. Bəzi ölkələrdə rəsmi qaydada birdən artıq dil istifadə olunur.
Çətinliyinə görə birinci yerdə
Çin dili durur. Dilin qəliz strukturu, çətin tələffüz forması onu digər dillərdən fərqləndirir. Dünya əhalisinin beşdə biri bu dildə danışır. Çin dili rəsmi olaraq Çin Xalq Respublikasında, Tayvan və Sinqapurda istifadə edilir.
Bu gün istifadə edilən
ərəb dili ilk dəfə 6-cı əsrdə danışılan klassik Ərəb dilinin inkişaf etmiş formasıdır. Ərəb dilində sözlərin cümlənin əvvəlində, ortasında və sonunda dəyişik formada işlənməsi ilə yanaşı, xüsusi səslərlə tələffüzü də bu dilin öyrənilməsini olduqca çətinləşdirir.
Vyetnam dili Vyetnamın rəsmi və milli danışıq dilidir. Vyetnam dilinin tərkibi Çin dilindən alınma sözlərlə doludur. Ümumilikdə isə Vyetnam əlifbasındakı bəzi hərflər və işarələr Latın dilini də xatırladır. Çin dili ilə yaxından bağlılığı onu çətin dillər sırasında 3-cü yerdə qərarlaşdırıb.
Taylandın milli dili olan
tay dili də olduqca çətin öyrənilən dillərdən biridir. Başqa-başqa dillərdən alınma sözlərlə zəngin olan dilin tələffüzü, eləcə də qrammatikası çox qarışıqdır.
Şərqi Avropada yerləşən Albaniyanın rəsmi dili sayılan
alban dili çox çətin dillərdən biridir. İlk olaraq yunanlar tərəfindən istifadə edilən bu dil əsrlərdir özünü qoruyub saxlayıb. Sinonimlərin çoxluq təşkil etdiyi dili öyrənmək üçün 3-4 ildən çox vaxt sərf etmək lazımdır.
Yapon dili dünyada təxminən 125 milyondan çox insan tərəfindən istifadə edilir. Çin əlifbasına yaxın bir dil olan Yapon dilinin əlifbası çox çətin və qarışıqdır.
Könül Cəfərli