Şəhəri avtomobillər xilas etdi

Şəhəri avtomobillər xilas etdi

20-ci əsrin əvvəllərində Nyu-Yorkda təxminən 200 min at var idi, hər 17 adama bir at düşürdü. Atlı vaqonlar küçələri doldururdu. Əgər atın ayağı qırılsaydı həmən oradaca öldürülərdi. Ölən atlar ağır olardı. Təmizlik xidmətinin işçiləri gözləyirdilər ki at bədəni bir az çürüsün ki onu hissələrə ayırıb yol kənarından uzaqlaşdırmaq olsun.

1900-cü ildə bir Nyu York sakininin atla toqquşaraq ölməsi bizim günümüzdəki maşın qəzalarında ölmək ehtimalımızdan iki dəfə çox idi.

Atlarla bağlı ən böyük problem isə peyin idi. Bir at gündə 10 kilo peyin ixrac edirdi, bir gündə şəhərdə 2000 ton peyin demək idi bu. Şəhər küçələrində qar topaları kimi peyin təpəcikləri yaranırdı. Yay aylarında qoxu göylərə yüksəlirdi. Yağış yağdığı zaman isə peyin axınları səkilərin və evlərin zirzəmilərinə axırdı. Milyardlarca ağcaqanaq və siçovul. Şəhəri isə avtomobillər xilas etdi.
Top