Mən KAYZENİ bəyənirəm!
ORİGİNAL © Hər bir işdə xeyir görən göz və könülləri bəyənirəm!
ORİGİNAL © Vətənin keşiyində duran Mübariz oğullarımızı bəyənirəm!
ORİGİNAL © İşində məsuliyyətli,vicdanlı,düzgün,qərəzsiz olan insanları bəyənirəm!
ORİGİNAL © İnsanın özünə,daxili zənginliyinə,dünyagörüşünə görə qiymət verənləri bəyənirəm!
ORİGİNAL © Sözü gözünün içinə baxaraq,başqalarının ona deməyə çəkindiyi halda "tappatarap" üzünə deyənləri bəyənirəm!)) (bəzi istisnalar vardır)
ORİGİNAL © Haqqlı tənqiddən özünə nəticə çıxaran və qarşındakına fikirlərinə hörmət qoyanları bəyənirəm!
ORİGİNAL © Şirindil insanları bəyənirəm! (heyf ki,məndə yoxdur)
ORİGİNAL ©
Valideyninə,əzizlərinə hər zaman hörmət edənləri bəyənirəm!
ORİGİNAL © Heç bir cinsi aşağılayıcı sözdən istifadə etməyən,qarşındakınının dinindən,dilindən,milliyyətindən,irqindən asılı olmayaraq ona hörmətlə yanaşanları bəyənirəm!
ORİGİNAL © Komputerlə olarkən Alt+Shift basmağa ərinməyib,Azərbaycan şriftiylə ana dilində yazanları bəyənirəm!
Kayzendə "Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır" sonluğu ilə bitən topikləri və ümumiyyətlə copy-paste olmuyan səviyyəli yazıları bəyənirəm! (Kayzen məhz buna görə digər saytlardan seçilir,sayəmizdə də seçilər İNŞALLAH)
ORİGİNAL © "Qınayıram!" topiki sayəsində,
2ral və
Cavid-in Facebook-da
"Bəyənirəm!" səhifəsi açmaq ideyasını bəyənirəm!))
ORİGİNAL © Hər şeydə bir xeyir axtaran bu topiki diqqətlə oxuyub,əhvalı yüksəlmiş şəkildə ürəklə səs verən kayzençiləri bəyənirəm!))
ORİGİNAL © P.S. " ©" işarəsindən öndəki ad yazının həmin üzv tərəfindən müəllif hüquqlarının qorunduğunu bildirir.Və yalnız həmin üzvün adı yazıldıqdan sonra yazıdan istifadə edilməsinə icazə verilir.Topik Facebook-da
Bəyənirəm! səhifəsinin ideyasından bəhrələnərək yazılmışdır və müəllifin icazəsi olmadan yayını qadağandır!Sizin də "bəyənirəm" sonluğu ilə bitəcək sözünüz varsa buyurun))