Yoxsulluqda böyümüş insanların zərərli vərdişləri

Yoxsulluqda böyümüş insanların zərərli vərdişləri

Az təminatlı ailədə dünyaya gəlmisiniz? Əşyalarınızı böyük və kiçik bacı-qardaşlarınızla paylaşmağa məcbur idiniz? Heç vaxt köhnə oyuncaqlarınızı atmırdınız, çünki valideynlərinizin yeni oyuncaq almağa kifayət qədər pulu yox idi? Əgər cavabınız “bəli”-dirsə o zaman özünüz də fərqində olmadan maliyyə vəziyyətinizi yaxşılaşdırmağa imkan verməyən zərərli vərdişlərə yiyələnmisiniz.

Yoxsulluq – cinayət deyil. Bu həyat məktəbidir. Yoxsulluqla əlaqədar olaraq yaranan vərdişlər ömür boyu insanı müşayiət edir. Hətta maliyyə vəziyyətini yaxşılaşdırsa belə. Bu vərdişlər zəli kimi əsəb və pulları sorur. Bu məqalə özünüzdən yoxsul düşüncə tərzini uzaqlaşdırma və maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün faydalı olacaq. Məlumdur ki, düşüncələr daranışları, davranışlar isə uğuru təşkil edər.


Beləliklə, yoxsulluqda böyümüş insanlar hansı zərərli vərdişlərə sahib olurlar?
Yoxsulluqda böyümüş insanlar qida seçərkən əsas olaraq iki kriteriyaya əsaslanırlar:
1. Qiymət
2. Saxlama müddəti
Qiymət maksimum aşağı, saxlama müddəti isə maksimum uzun müddət olmalıdır. Keyfiyyət? Dad? İstehsalçı? Bu onları maraqlandıran cəhətlər sırasına daxil deyil. Məhsullar həftədə 1 dəfə və daha gec intervalla alınır. Əldə edilən məhsulların əksəriyyəti isə yarımfabriqatlardır. Təzə meyvə, tərəvəz – kifayət qədər bahadır. Ət? Imkan olduqda.

Lakin insan hər bir hala vərdiş edir. Hətta o dərəcədə ki, onun normal məhsul almaq imkanı olduqda belə o əvvəlki qayda ilə alış-veriş etməyə davam edir.

Bundan əlavə, yoxsul insanın pulqabısında iri miqdarda nağd pul peyda olduqda o belə düşünür ki, onları dərhal olaraq xərcləmək lazımdır. Bu yoxsulluğun bulaşdırmış olduğu refleksdir. “Qara gün” üçün kənarda pul saxlamaq yoxsul insan düşüncəsinə yaddır və bu düşüncə yalnızca bu günü “yaşamağa” dəvət edir. İnsan refleks olaraq mağaza və yaxud bazara gedir və düşünmədən son qəpiyinə qədər xərcləyir və bu zaman kommunal və digər xərcləri necə ödəyəcəyini düşünmür.

İnsan sabit olaraq yüksək gəlir əldə etməyə başladıqda o öz maliyyə vəziyyətini zamanla düzgün təşkil etməyi öyrənir. O başa düşməlidir ki, “artıq pul” anlayışı yoxdur. Hər zaman gözlənilməz çətin vəziyyət üçün kənarda müəyyən məbləğə sahib olmaq lazımdır.

Yoxsulluq düşüncəni formalaşdırır. Lakin onu dəyişmək üçün vərdişləri dəyişmək kifayətdir. Yuxarıda təsvir edilən vərdişlərdən xilas olmaqla daha uğurlu və özünə güvənən bir insana çevrildiyinizin fərqinə varacaqsınız.
Top