Gündəlik həyatın çətinlikləri kateqoriyası üzrə məqalələr

Kobra effekti

Kobra effekti — Mövcud problemə verilmiş həll yolu ilə problemi yüngülləşdirmək və ya həll etmək əvəzinə situasiyanı daha da qəlizləşdirmək və ya ümumi durumu daha da pisləşdirməkdir. Bu daha çox nəticəyə təsir edəcək bütün amillərin düzgün hesablanmaması və ya nəzarət olunmayan, fikirdən yayınmış digər aspektlərin diqqətə alınmaması zamanı baş verir. Həm də bir çox hallarda biz sadəcə düşdüyümüz çətin durumdan çıxmaq üçün həmin duruma görə həll yolu axtarırıq(event-based solution), məsələnin sonrası necə olacaq və hansı başqa təsirlər ola biləcəyini düşünmürük.
Davamı →

Tətildən sonra iş

Tətil günlərində hər kəs kifayət qədər istirahətinə vaxt ayırmağa çalışır. Bu sağlamlığımız cəhətdən, həmçinin özümüzə zaman ayırmağımız baxımından çox yaxşı bir haldır. Ancaq mümkün qədər dincəldikdən sonra işə bütün diqqətini toplamaq bir o qədər qəlizləşir.

Bu müddəti necə tezləşdirə və daha sadə bir hala gətirə bilərik? Aşağıdakı tövsiyyələrimiz inanırıq ki, sizə bu mövzuda yardımçı olacaqdır.
Davamı →

Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

1. Yemək və idman
Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq. Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.

2. Yaradıcılıqla məşğul olmaq
Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq — hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasanız da, öyrənməyə cəhd edin.
Davamı →

Boşanma haqqında 4 böyük yalan

Bu yaşdan sonra heç kəsi tapa bilməzsən
Boşanma dövründə ətrafdakılardan ən çox eşidilən şeylərdən biri bu yaşdan sonra özünüzə uyğun heç kəsi tapa bilməyəcəyinizdir. Amma sevgini tapmağın yaşı yoxdur.

Xoşbəxtliyi tapmaq üçün gecikmək deyə bir şey yoxdur. Bir dəfə səhv etməyiniz bundan sonrası üçün dərs çıxarmağınıza, daha yaxşı qərarlar verə bilməyinizə və özünüz üçün daha yaxşı insanı tapmağınıza kömək edər.
Davamı →

Evlilik təzyiqinin fəsadları

Övladını zorla evliliyə sürükləyən valideynlər bu gün də mövcuddu. İstəmədiyi biri ilə evlənməyə məhkum olunan gənclərin özünə qəsd etdiklərini çox görmüşük. Təəssüf ki, valideynlər hərdən atdıqları addımların sonluğunu düşünmürlər. Məhz buna görə də adətən qızlar çıxış yolunu qaçmaqda tapırlar. 

Elə əsl həngamə də bundan sonra başlayır. Valideynin istədiyi biri ilə deyil, sevdiyi şəxslə qaçan qızlar bütün yaxınları, qohumları tərəfindən daim təzyiqlərə məruz qalır. Halbuki, belə olan halda yalnız bir çıxış yolu var. Necə deyərlər, olan-olub, keçən də keçib. Ana və atanın, qohumların yenidən hədə-qorxuları görəsən nəyi dəyişdirəcək?
Davamı →

Bu səhvləri heç zaman buraxmayın

İşə vaxtında gəlib-gedirsiniz, fəalsınız, bacarıqlısınız. Buna baxmayaraq adi bir “Facebook” şəkli, bir “Twitter” qeydi, yaxud “Foursquare”də yerinizi bildirmək karyeranıza pis təsir edə bilər. Ona görə də, sosial media ilə ehtiyatlı davranmalısınız.

1. Hər şəklinizi “Facebook”da paylaşmayın
Bu məsləhətdən əvvəl zəruri bir qeyd: Çalışın çox az sayda iş yoldaşınızla Facebookda dost olasınız. İnsanlar karyera, yüksəliş naminə ən xırda səhvinizi belə sizə qarşı istifadə edə bilər. Xüsusən də yaxşı olmayan pozada və yerdə olan şəkillərinizdən ehtiyat edin.

Bir də gördünüz, səhər işə gələndə hamı axşam spirtli içki içə-içə çəkdirdiyiniz şəkillərdən danışır.
Davamı →

Yoxsulluqda böyümüş insanların zərərli vərdişləri

Az təminatlı ailədə dünyaya gəlmisiniz? Əşyalarınızı böyük və kiçik bacı-qardaşlarınızla paylaşmağa məcbur idiniz? Heç vaxt köhnə oyuncaqlarınızı atmırdınız, çünki valideynlərinizin yeni oyuncaq almağa kifayət qədər pulu yox idi? Əgər cavabınız “bəli”-dirsə o zaman özünüz də fərqində olmadan maliyyə vəziyyətinizi yaxşılaşdırmağa imkan verməyən zərərli vərdişlərə yiyələnmisiniz.

Yoxsulluq – cinayət deyil. Bu həyat məktəbidir. Yoxsulluqla əlaqədar olaraq yaranan vərdişlər ömür boyu insanı müşayiət edir. Hətta maliyyə vəziyyətini yaxşılaşdırsa belə. Bu vərdişlər zəli kimi əsəb və pulları sorur. Bu məqalə özünüzdən yoxsul düşüncə tərzini uzaqlaşdırma və maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün faydalı olacaq. Məlumdur ki, düşüncələr daranışları, davranışlar isə uğuru təşkil edər.
Davamı →

Qayğılar

Ölkəmizdə yayılmış psixoloji narahatlığın zirvəsində qayğılar yer alır. O qədər problem var ki, qayğısız yaşamaq mümkünsüzdür. Amma həyatımızın bir çox sferalarına qayğıları qatmadan da çox rahat yaşaya bilərik. Bu yazımda qayğılardan müəyyən qədər də olsa, uzaq olmağın tərəflərini göstərməyə çalışmışam.

Qayğılar ümumi olaraq konkretlikdən uzaq, həyata keçməsinə ehtimal verdiyimiz düşüncələrdən qaynaqlanır. Qayğı bir insanın özünüqoruma və riski azaltma formasıdır. Qayğı həm də gələcəklə bağlı mənfi təhlil və hadisələri öncədən pis təsəvvür etmədir. Qayğıların özünü təhlil etsək, ortaya belə bir nəticə çıxır- bizi incidən və daha çox narahat edən hadisələr deyil, əksinə, bizim o hadisələr haqqındakı rəy və düşüncələrimizdir.
Davamı →

Hansı əlamətlər sizi işdən qovmaq istədiklərindən xəbər verir?

Bu əlamətləri əvvəlcədən qeydə almaqla işdən azad olunmağa mənəvi şəkildə hazırlaşmaq və rezümenizi daha tez yeniləmək şansınız olacaq.

Rəhbər şəxs tapşırıqlar üzrə hesabatları onları icra edə bildiyiniz müddətdən əvvəl tələb edirsə
Belə bir vəziyyətlə qarşılaşmısınızsa, deməli, rəhbər şəxs sizə sınaq müddəti təyin edib və işinizi daha diqqətlə və yaxından izləyəcək. Elə isə problemli məsələlərin həllinə başlayın. Böyük ehtimalla o, gün ərzində irəliləyişlərinizi görmək istəyəcək. Müdirin təyin etdiyi müddət ərzində vəziyyəti yaxşılığa doğru dəyişə bilməyəcəyinizi hiss edirsinizsə, narahatlıq doğuran bir məsələ də budur.
Davamı →

Pis bir günü yaxşıya çevirməyin 3 yolu

Pis bir gün keçirdiyiniz zaman özünüzü tamamilə kədərə buraxmaq yerinə, xilas olmaq sizin əlinizdədir. Bəzən pis bir gün keçiririk. Kefsiz oluruq, bütün nizamımız pozulur və problemin nədə olduğuna ilişib qalırıq. Ciddi problemlər yaşadıqda professional dəstək almağı da unutmayın.

Özünüzü çox incitməyin
Bir səhv etdikdə özümüzü cəzalandırmağa çalışırıq. Amma bunu unutmayın ki, hamı səhv edir və səhvlərimizdən dərs çıxarmaq həyatda irəliləməyin tək yoludur. Səhv etdikdən sonra özünüzü günahlandırmaq yerinə, harada səhv etdiyinizi tapmağı sınasanız, həm gününüz, həm də həyatınız daha yaxşı olacaq. Özünüzü bağışlamağınız o qədər də çətin deyil.
Davamı →
Top