Pis bir gün keçirdiyiniz zaman özünüzü tamamilə kədərə buraxmaq yerinə, xilas olmaq sizin əlinizdədir. Bəzən pis bir gün keçiririk. Kefsiz oluruq, bütün nizamımız pozulur və problemin nədə olduğuna ilişib qalırıq. Ciddi problemlər yaşadıqda professional dəstək almağı da unutmayın.
Özünüzü çox incitməyin
Bir səhv etdikdə özümüzü cəzalandırmağa çalışırıq. Amma bunu unutmayın ki, hamı səhv edir və səhvlərimizdən dərs çıxarmaq həyatda irəliləməyin tək yoludur. Səhv etdikdən sonra özünüzü günahlandırmaq yerinə, harada səhv etdiyinizi tapmağı sınasanız, həm gününüz, həm də həyatınız daha yaxşı olacaq. Özünüzü bağışlamağınız o qədər də çətin deyil.
Təmiz hava alın
Əgər çöldə gəzintiyə çıxıb günəşin altında oturmaq şansınız varsa, bundan istifadə edin. Təmiz hava sahib olduğunuz qayğı və narahatçılıqları azaltmaq üçün çox köməyinizə çatacaq. Bəzən əsəbləşdikdə nəfəsimizi tutmalı olduğumuzdan daha çox tuturuq. Bu səbəb ilə davamlı şəkildə nəfəs almağı unutmayın. Rahatlaşmaq üçün özünüzə vaxt ayırmaq sizə kömək edəcək.
Olduğunuz hər yerdə gözəllikləri görməyə çalışın
Çox yorğun olduğunuz vaxtlarda günəşin batmasının gözəlliyini qaçıra bilərsiniz. Əgər təbiətə yaxın bir yerdə deyilsinizsə, muzeyə və ya incəsənət qalereyasına gedin. Bunlar da yoxdursa, sizə ən yaxın parka gedin və həyatınıza bir az işıq girsin.